Ata qızının qəbri üstündə intihar etdi - Azərbaycanda

img

13-10-2016 [10:48]


Bərdədə intihar hadisəsi baş verib.

Mia.az-n Lent.az-a istinadən məlumatına görə, rayonun Şirvanlı kəndində yaşayan 1928-ci il təvəllüdlü Eyvaz Cəbiyev özünü yaşadığı evdə asıb.

Bildirilir ki, bir neçə ay əvvəl E.Cəbiyevin qızı vəfat edib. Bu günlərdə isə onun qızının doğum günü imiş və bu münasibətlə Eyvaz Cəbiyev ailə üzvləri ilə birgə məzarlığa gedərək qızının qəbrini ziyarət edib. Gərgin psixoloji vəziyyətdə olan ahıl kişi daha sonra öz həyatına son qoyub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR