Tanınmış jurnalist "Qanun" nəşriyyatına "od püskürdü":  "Fahişə kimi..."

img

11-10-2016 [18:50]


Tanınmış jurnalist Əziz Rzazadə Şahbaz Xudoğlunun sahibi olduğu "Qanun" nəşriyyatından pulunu ala bilmir.

Mia.az xəbər verir ki, o, bu barədə "Feysbuk"dakı səhifəsində status paylaşıb.

Jurnalistin statusunu olduğu kimi təqdim edirik:

"Yəqin ki, filmlərdə görmüsüz: kişi yuxuya gedən kimi, fahişə onun pulqabına girib 50-dən, 100-dən xəlvət çırpışdırır. Eyni şeyi "Qanun" nəşriyyatı edir.

Bir kitabla təxminən 950 manat xeyir verdiyim bu nəşriyyatdan həmin kitaba görə 104 manat alacağımı aylardır "yaddan çıxarıblar".

Hər dəfə eyni bəhanə, eyni hekayə. Elə bil bunlar mənə yox, mən bunlara borcluyam. Ona görə də bu hökumət "Qanun"a neyləyirsə, düz eləyir, hələ az eləyir. Çünki "Qanun" sözü ancaq adındadı, zatında yoxdur!".

Məsələ ilə bağlı Şahbaz Xudoğlunun da mövqeyini dinləməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR