Azərbaycanda daşınmaz əmlak ucuzlaşacaq

img

11-10-2016 [16:34]


Gələn il Azərbaycanda avtomobil bazarındabahalaşma, mənzilvə torpaq sahələri bazarında isəucuzlaşmagözlənilir. 

Mia.az xəbər verir ki, "report"un analitik qrupu hesab edir ki,ömrük rüsumlarının sonartımı avtomobillərə də aid ediləcək. Bundan başqa, dolların məzənnəsinin artması digər idxal olunan məhsullar kimi avtomobillərin də qiymətinə təsir edəcək.

Daşınmaz əmlakınqiymətində isə 2017-ci ildə geriləməgözlənilir ki, bunun da əsassəbəbi əhalinin real gəlirlərinin azalması ilə bağlıdır: "Belə ki, idxal mallarının manat ekvivalentində bahalaşması,kommunal xərclərin artması əhalinin real gəlirlərini azaldır. Gələn ilin büdcəsində dövlət əsaslı investisiya qoyuluşlarının 1,14 mlrd. manat və ya 38% azalması nağd pul kütləsi ilə bərabər iqtisadi artıma da mənfi təsir edəcək. Qlobal maliyyə böhranı səbəbindən xarici investisiyaların azalması amili də gəlirlərin azalmasına ciddi təsir göstərəcək. Büdcədə həmçinin sosial müdafiə, mədəniyyət və kommunal xərclərin ümumilikdə 1 mlrd. manata yaxın azaldılması nəzərdə tutulub".

"Sadalanan amillər əhalinin yığım səviyyəsini aşağı salacaq. Nəticədə, daşınmaz əmlak sektorunda durğunluq yaranacaq. Əgər son iki ildə daşınmaz əmlak qiymətləri əhalinin neft bumu zamanı yığımların xərclənməsi hesabına azalmırdısa, 2017-ci ildən etibarən bu tendensiyanın bitməsininşahidi ola bilərik", - deyə analitiklər qeyd ediblər.

"Report"un ekspertləri Azərbaycanda dollarınməzənnəsinin 1,60-1,70 AZN/USDsəviyyəsində qalacağı təqdirdədaşınmaz əmlak qiymətlərinin 10-15%, məzənnənin 2,00AZN/USD-yədoğru artacağı haldaisə qiymətlərin 5% düşəcəyini proqnozlaşdırırlar: "Qlobal maliyyə bazarındakı vəziyyətlə əlaqədar olaraq daşınmaz əmlak qiymətlərinin daha çox azalması, avtomobillərin isə məzənnəyə uyğun olaraq daha çox artması mümkündür".


Digər xəbərlər
SON XƏBƏRLƏR