Ərdoğan tələb edir - Kılıçdaroğlu həbs oluna bilər

img

11-10-2016 [14:35]


Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıçdaroğlu həbs oluna bilər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun oğlu Necmeddin Bilal Ərdoğanın şikayəti əsasında CHP lideri barədə "Məbuat vasitəsilə təhqir etmək” cinayətinə dair başladılan istintaq tamamlanıb.

Rəcəb Tayyib Ərdoğandan fərqli olaraq Bilal Ərdoğan şikayətindən imtina etmədiyi üçün Kılıçdaroğlu haqqında 4 aydan 2 il 8 aya qədər həbs cəzası tələbi ilə ittiham aktı tərtib olunub.

Xatırladaq ki, 2014-cü il avqustun 5-də prezident seçkilərinə 5 gün qalmış İstanbul Atatürk hava limanında Kılıçdaroğlunun çıxışı zamanı təhqir olunduqlarını bildirən o zamankı Baş nazir Ərdoğan və oğlu məhkəməyə müraciət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub