İsgəndər Xəlilov “Nikoil Bank”ın rəhbərliyindən getdi

img

07-10-2016 [11:31]


5 oktyabr 2016-cı il tarixində "Nikoil Bank"ın səhmdarlarının növbədənkənar ümumi yığıncağında İsgəndər Xəlilov öz xahişi ilə Müşahidə Şurasının sədri vəzifəsindən azad olunub.

Bankdan məlumata görə, səhmdarlar Marina Kulişovanın Müşahidə Şurasının sədri təyin edilməsi barədə qərar qəbul ediblər. O, bankın transformasiyası mərhələsində onun daha keyfiyyətli inkişaf səviyyəsinə qaldırılması prosesinə rəhbərlik edəcək.

Eyni zamanda İvan Romanovskiy Müşahidə Şurasının üzvü təyin edilməsi barədə qərar qəbul edilib.

Müşahidə Şurasının tərkibindən çıxmasına baxmayaraq, İ. Xəlilov bankın səhmdarlarından biri olaraq qalır.

Beləliklə Müşahidə Şurasının tərkibi aşağıdakı qaydada təsdiq edilib:

Sədr:

Kulişova Marina Valeryevna

Üzvlər:

• Romanovskiy İvan Vladimiroviç
• Sazonov Aleksey Valeryeviç
• Suxoruçkin Pavel Aleksandroviç
• Novikov Roman Vitalyeviç

Səhmdarlar, Müşahidə Şurası və menecment bankın tərəqqisi və inkişafına verdiyi töhfəsinə görə İsgəndər Xəlilova minnətdarlığını bildiriblər.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR