06-10-2016 [16:46]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Aqiyyə Naxçıvanlı sözügedən olayla bağlı AzVision.az-a fikirlərini bölüşüb.
Deputat bildirib ki, Xoşqədəm Hidayətıqızı İmişlidəki hadisə üzərində şou yaradıb, insanların hisləri ilə oynayır.
Millət vəkili jurnalistin təqdim etdiyi verilişi də tənqid edib: "Hansısa rayonda, kənddə anormal hadisə baş verirsə, bunu dünyaya car çəkmək doğru deyil. Bu kimə lazımdır?! Bütün dünyada belə hadisələr olur. Mətbuat, televiziyalar yaxşını qoyub, harada sensasiya sayılan hadisə varsa, onu işıqlandırmağa can atır”.
A.Naxçıvanlı vurğulayıb ki, Xoşqədəm Hidayətqızı və aparıcı Zaur Baxşəliyev insanların hissləri üzərində şou yaradır, özlərinə reytinq qazanırlar: "Onların verilişləri reytinq üzərinə qurulub. Belə verilişlərin kimə nə faydası var? Elə proqramlar hazırlamaq lazımdır ki, adət-ənənələrimiz, mədəniyyətimiz təbliğ olunsun. "O onu döydü”, "tövlədə saxladı, zəncirlədi”, "başını kəsdi” və bu kimi hadisələr bizə lazım deyil”.
Deputat hesab edir ki, belə verilişlər insanları daim stress və gərginlikdə saxlamağa məcbur edir. "Onlar insanlara stress yaşadırlar. Televiziya qabağında yaylıq alıb ağlamağı öyrədirlər. 10 milyonluq əhalisi olan dövlətdə axmağı da, narkomanı da, xəstəsi də, dəlisi də var. Niyə biz yaxşıların içərisindən ən pisləri tapıb cəmiyyətə göstərməliyik? Bununla insanları stress, gərginlikdə saxlayırıq. Nə üçün? İnsanların psixikasını, əhval-ruhiyyəsini bilərkdən poza bilmərik. Əgər Xoşqədəm xanım İmişdə belə halla rastlaşmışdısa, efirə vermədən həll etməli idi. Bütün dünyaya çar çəkməyin nə mənası var”.
Xanım deputat daha sonra qeyd edib: "Xoşqədəm veriliş aparır və halı pisləşir. Onun doğrudan da əsəbləri elə verilişləri aparmağa dözə bilmirsə, aparmasın. Əhalinin gözü önündə dərman istəməyin və onu efirdə verməyin nə adı var?
Ümumiyyətlə, Zaur və Xoşqədəmin verilişləri nəyə lazımdır. Onların verilişləri bağlanmalıdır. İnsanların hisləri ilə oynayırlar. Şou xətrinə bunu etmək olmaz. Bu, insana başucalığı gətirmir. Sensasiya yaratmağa ehtiyac yoxdur”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb