Əli Əliyev İsrailin Bakıdakı səfirliyində olub

img

05-10-2016 [19:50]


Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bu gün İsrailin Bakıdakı səfirliyini ziyarət edərək, bu ölkənin sabiq prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib və Xatirə Kitabına nüfuzlu siyasətçi haqqında öz qeydlərini yazıb. 

Mia.az-ın məlumatına görə, VİP sədri İsrail Dövlətinin sabiq prezidenti Ş.Peresi dünya miqyasında qəbul olunan siyasətçi kimi dəyərləndirərək, Yaxın Şərq böhranının aradan qaldırılmasına verdiyi töhfəni, İsrail və Fələstinə yönəlik "İki millət, iki dövlət” prinsipinin mütərəqqi əhəmiyyətini, o cümlədən Azərbaycan-İsrail münasibətlərinin genişlənməsindəki xidmətlərini xüsusi qeyd edib.

Ə.Əliyev daha sonra İsrail səfirliyinin əməkdaşları ilə Ş.Peres şəxsiyyəti və Azərbaycan-İsrail münasibətlərinin mövcud durumu ilə bağlı fikir mübadiləsi aparıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR