Jurnalist təşkilatı Cəlilabadda multikultural dəyərləri təbliğ edib

img

04-10-2016 [15:17]


"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi "Region gəncləri arasında multukiltural dəyərlərin təbliği” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Cəlilabad şəhərində baş tutub. Tədbirdə Cəlilabad rayin İcra Hakimiyyətinin əməkdaşları, QHT nümayəndələri və gənclər iştirak ediblər.

Cəlilabad rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Loğman Hüseynov dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. Müdir müavini deyib ki, hər bir Azərbaycan vətəndaşının başlıca vəzifəsi yad ideologiyaların ölkəmizə ayaq açmasının qarşısnı almaqdır. "Təqdirəlayiq haldır ki, QHT-lər bu prosesdə öncülülk edirlər”, - deyə L.Hüseynov bildirib.

"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə əvvəlcə layihənin məqsədi barədə məlumat verib. Qeyd edib ki, rəhbərlik etdiyi jurnalist təşkilatı bir neçə aydır ki, Göyçay, Şirvan, Cəlilabad və Tovuz şəhərlərində yaşayan gənclər arasında multikultural dəyərləri təbliğ edir: "Məqsədimiz ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə verməkdir”.

S.Verdizadə həmçinin vurğulayıb ki, Azərbaycan xalqı dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət-din münasibətlərinə həmişə həssas yanaşıb: "Bu isə bir daha sübut edir ki, tolerantlıq Azərbaycan xalqının ruhuna hopub”.

Layihənin eksperti Teyyub Mirqasımov multikultural dəyərlərə bağlı olan cəmiyyətlərin qazandığı uğurlardan danışıb. Qeyd edib ki, Azərbaycanda mədəniyyətlətin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və svilizasiyalar arasında aparıcı rol oynayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının direktor müavini Eyvaz Məmmədov isə bildiirb ki, Azərbaycanda mövcud olan birgəyaşayış modeli təkcə Qafqaz xalqları deyil, bütövlükdə dünya xalqları üçün yaxşı nümunədir.



Digər xəbərlər
SON XƏBƏRLƏR