Daha bir sığorta şirkəti bağlanır

img

04-10-2016 [14:43]


Oktyabrın 4-də "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Mia.az "Report"a istinadən xəbər verir ki, yığıncağın gündəliyinə "Beynəlxalq Sığorta Şirkəti" ASC-nin (BSŞ) fəaliyyətinə xitam verilməsi haqqında məsələ daxildir.

Xatırladaq ki, BSŞ 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,8 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 10 min manat olan 1 480 səhm əsasında formalaşıb. Səhmlər 100% ABB-yə məxsusdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR