MMP-də toplantı - Yeni tapşırıqlar verildi

img

04-10-2016 [11:40]


Bu gün Müasir Müsavat Partiyasının Mərkəzi qərargahında Baki şəhər təşkilatlarının, qadınlar, gənclər və ağsaqqallar şurasının üzvləri ilə genişləndirilmiş iclas keçirilib.

Partiyanın mətbuat xidmətindən mia.az-a daxil olan məlumata görə, iclasda ölkədəki ictimai-siyasi durum və Partiyanın verdiyi qərarların icra mahiyyəti müzakirə olunub. 

Qərara alınıb ki, partiyanin Siyasi Şurasinin iclasını noyabr ayının ikinci ongünlüyündə keçrilsin. İdarə heyəti rayon təşkilatlarına, qadinlar şurasına tövsiyyə edib ki, ictimaiyyətlə geniş təmaslar qurmaqdan ötəri təşkilat üzvlərinin Partiyanın verdiyi qərarlarla yaxıından taniş olmaqları üçün geniş müzakirələr təşkil etsinlər. 

Həmçinin, MMP sədri Hafiz Haciyevin Türkiyə səfəri zamanı ictimai-siyasi təşkilatlarla keçirdiyi görüşlər barədə idarə heyətinin üzvlərinə məlumat verilib. İdarə Heyətində bu və ya digər məsələlər barədə ciddi qərarlar qəbul edilib.






Digər xəbərlər
SON XƏBƏRLƏR