Şriftin ölçüsü / 287 dəfə oxunub

Medianın ən populyar siması Röya Ayxan oldu – MONİTORİNQ

03 Oktyabr 2016 [15:19]

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi şou-biznes nümayəndələri ilə bağlı sentyabr ayı üzrə məlumatları təqdim edir.

A24.Azxəbər verir ki, 2016-cı ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 9669 xəbər yerləşdirilib. Bunlardan 289 xəbər mənfi, 10 xəbər müsbət və 9370 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Mətanət İsgəndərli (113 xəbər –müğənninin adının adam oğurluğunda hallanması, Çovdarovla əlbir olması iddiaları), Rəqsanə İsmayılova (72 xəbər – müğənninin musiqiçiyə pul atması, hədələməsi iddiaları), Aygün Bəylər (57 xəbər – müğənninin qardaşı haqqında çıxan xəbərlər). Müsbət xəbərlər isə Oksana Rəsulova, Məleykə Əsədova, Tarix Əliyev, Miri Yusif və Nigar Camala (2 xəbər – mükafata layiq görülmələri) məxsusdur.

Xəbər sayına görə sıralama:

  1. Röya Ayxan 635 xəbər
  2. Elza Seyidcahan 380 xəbər
  3. İlhamə Quliyeva 304 xəbər
  4. Aygün Kazımova 291 xəbər
  5. Günay İbrahimli 258 xəbər
  6. Abbas Bağırov 252 xəbər
  7. Xatirə İslam 244 xəbər
  8. Rəqsanə İsmayilova 232 xəbər
  9. Mətanət İsgəndərli 218 xəbər
  10. Nadir Qafarzadə 213 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 406 xəbər dərc edilib. Bu xəbərlərdən 388-i neytral, 18-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Aygün Bəylər (11 xəbər – müğənninin qardaşı haqqında çıxan xəbərlər), Rəqsanə İsmayılova (4 xəbər – müğənninin musiqiçiyə pul atması iddiaları) və Mətanət İsgəndərliyə (3 xəbər – müğənninin adının adam oğurluğunda hallanması) məxsusdur. Sentyabr ayında yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

  1. İlhamə Quliyeva 21 xəbər
  2. Aygün Bəylər 20 xəbər
  3. Aygün Kazımova 18 xəbər
  4. Alim Qasımov 16 xəbər
  5. Röya Ayxan 15 xəbər
  6. Faiq Ağayev 14 xəbər
  7. Abbas Bağırov 13 xəbər
  8. Flora Kərimova 12 xəbər
  9. Tünzalə Ağayeva 11 xəbər
  10. Nazpəri Dostəliyeva 10 xəbər

Sentyabr ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 70 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

  1. Mənsum İbrahimov 8 xəbər
  2. Ədalət Şükürov 5 xəbər
  3. Əlikram Bayramov 4 xəbər
  4. Elariz Məmmədoğlu 4 xəbər
  5. Elza Seyidcahan 4 xəbər
  6. Səməd Səmədov 3 xəbər
  7. Lalə Məmmədova 3 xəbər
  8. Abbas Bağırov 3 xəbər
  9. Cavanşir Məmmədov 3 xəbər
  10. Elnarə Xəlilova 2 xəbər



SON XƏBƏRLƏR