Toy günü başqasına qoşulub qaçan qız tapıldı, amma...

img

03-10-2016 [13:26]


Ağsuda toyu günü başqasına qoşulub qaçan 19 yaşlı gəlin tapılıb.

Mia.az xəbər verir ki, qızın ailəsindən ölkə.az-a verilən məlumata görə, gənclər polisə gələrək bir-birini sevdiklərini deyiblər və qız idarədə öz istəyi ilə qaçdığını söyləyib. Hər iki şəxsin valideynləri polisə dəvət olunublar. Ancaq oğlanın atası qızı gəlini kimi qəbul etmədiyini deyib:

"Dedilər ki, Goranboyda idik. Neçə gündür oğlanın Goranboydakı əsgər yoldaşıgildəymişlər. Polis bölməsində də oğlanın atası hər ikisindən imtina etdi. Çıxıb Bakıya getdilər".

Qeyd edək ki, Ağsu rayonunun Göydəlləkli kənd sakini olan 19 yaşlı qız İsmayıllının Topçu kəndindən olan qohumuna nişanlıydı. O, toy günü sevdiyi şəxsə qoşulub qaçmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR