Sumqayıt sakini 9 nəfərə 35 min manat “atdı”

img

01-10-2016 [14:30]


Dələduzluq etdiyinə görə tutulmuş Sumqayıt sakininin digər cinayət əməlləri də müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, dələduzluq etdiyinə görə cari il fevralın 22-də tutulmuş Sumqayıt şəhər sakini Nüşabə Baxışovanın ətrafında şəhər Polis İdarəsi əməkdaşları tərəfindən aparılmış istintaq hərəkətləri ilə onun 2013-2015-ci illər ərzində bir paytaxt sakinini və 8 həmyerlisini aldadaraq onlardan ümumilikdə 35,620 manat pul alması da müəyyən edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR