Məşhur modelyer 5 gün ofisində girov saxlanılıb

img

01-10-2016 [13:27]


Beş gündür kirayələdiyiofisindəgirov saxlanıldığı deyilən Azərbaycanın məşhur modelyeri Leyla Əhmədovadan yeni xəbər var.

Modelyer bildirib ki, mediada məlumat yayımlanandan sonra polis bu gün hadisə yerinə gəlib və qapıya vurulan dəmir barmaqlıqları söküb. Xanım modelyer isə 5 gündən sonra çölə çıxa bilib.

Qeyd edək ki, L. Əhmədova"Sputnik Azərbaycan”a açıqlamasında "Nizami" metro stansiyasının yanında yerləşən altı mərtəbəli binanın dörd mərtəbəsini ayda 24 min manat ödəməklə kirayə tutduğunu deyib.

O, icarə pulunu iki gün gecikdirdiyinə görə binanın sahibi Nizami Ağayevin elektrik enerjisini kəsdiyini qeyd edib:

"Orada spa-salon, bahalı avadanlıqlar var. Heç bir xəbərdarlıq etmədən elektriki kəsib. Nəticədə, avadanlıq hamısı yanıb. Ağayev bununla mənə 15 min dollar zərər vurub. Kirayələnmiş yerlərin təmiri haqqında heç danışmıram. Mənə 1 milyon manata başa gəldi. Ofisdə mənim tərəfimdən Dubaydan gətirilmiş çox böyük məbləğdə mallar var. Ağayevin hərəkətləri əmlakın qanunsuz olaraq talanmasına bənzəyir. Buna başqa ad vermək olmaz”.

Daha sonra Ağayevin adamları Modellər Evinin giriş qapısını qaynaqlayıblar. 5 gün içəridə qalan L.Əhmədova isə özünü pis hiss etdiyini əlavə edib:

"Mən "102" xidmətinə on dəfə, təcili yardıma isə beş dəfə zəng etdim. Özümü pis hiss edirdim, ürəyimdə problemlər yaranmışdı. Beş gündür məni bayıra, mənim yanımasa heç kəsi buraxmırlar".

qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR