Parlament iş planını təsdiq etdi

img

30-09-2016 [13:06]


Məclisin 2016-cı il payız sessiyasında qanunvericilik işləri planı təsdiqlənib.

Qanunvericilik planına 14 bölmədən ibarət məsələlər daxildir. Bunlar Azərbaycan prezidentinin, Ali Məhkəmənin, baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan dövlət büdcəsi zərfinə daxil olan layihələr, "Milli Məclisin deputatının etik davranışı", "Kinematoqrafiya haqqında", "Psixoloji yardım haqqında", "Kredit borcları haqqında", "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” və s. qanun layihələridir.

Eyni zamanda "Normativ hüquqi aktlar haqqında" qanuna da texniki dəyişikliklər səsə qoyularaq qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR