Kamal Almuradlıya telekanalda vəzifə verildi

img

28-09-2016 [11:17]


ARB 24 (Azerbaijan Republic Broadcasting) telekanalına yeni təyinat olub.

Kamal Almuradlı bundan sonra telekanalın baş rejissoru vəzifəsində çalışacaq. Xəbəri saytımıza rejissor özü də təsdiqləyib: "Etimad göstərən şəxslərə təşəkkür edirəm. Bacardığımın ən yaxşısını etməyə, göstərilən etimadı doğrultmağa çalışacağam".

Qeyd edək ki, tanınmış rejissor Rövşən Almuradlının oğlu olan Kamal Almuradlı eyni zamanda Xeberle.com saytının həmtəsisçilərindəndir.

Həmçinin AzTV, ''Lider'' telekanallarında rejissor kimi təcrübəsi var.

olke.az



Digər xəbərlər
SON XƏBƏRLƏR