Şriftin ölçüsü / 246 dəfə oxunub

Ayşe Birgül Yılmaz Zeki Mürendən sonra Caqanı seçdi

28 Sentyabr 2016 [10:44]
Müğənni Caqa Türkiyədə albom çıxarmağa hazırlaşır. Türkiyədə, eləcə də Azərbaycanda bir çox məşhur mahnıların söz yazarı, mərhum Zeki Mürenin "Biz ayrılamayız" mahnısının müəllifi şairə Ayşe Birgül Yılmazla iş birliyinə başlayıb. 

İfaçı albom üçün hazırlanan mahnıların ilk ikisini albom təqdim olunmadan öncə dinləyicilərə təqdim edəcək. Qeyd edək ki, sözlərini Ayşe Birgül Yılmazın yazdığı, oranjemanı isə Elvin Musayevə aid olan "İsyanım var" mahnısının musiqisi özünə, "Hatırladın mı?!" adlı mahnının musiqisi isə bəstəkar Valeh Əhmədə məxsusdur. İfaçı sözləri Ayşe Birgül Yılmaza məxsus olacaq alboma özü ilə yanaşı azərbaycanlı bəstəkarlar Hatəm Nəbioğlu, Valeh Əhməd, Arzu Abasova, Elvin Musayevin və adını hələki sirr saxlsdığı iki məşhur türk müğənni - bəstəkarın mahnılarını daxil edəcək.


SON XƏBƏRLƏR