General keçmiş polis rəisinə vəzifə verdi - Yeni rəis deputatın qardaşı çıxdı

img

27-09-2016 [11:56]


Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə (PX) kadr dəyişikliyi olub.

Mia.az APA-ya istinadən məlumatına görə, Ağaəli Xəlilov PX-nın uzun müddət boş qalan Təsərrüfat İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

A.Xəlilov bundan əvvəl Saatlı rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Bundan başqa, Əflatun Məmmədov PX-nın Kadrlar İdarəsinin rəisi təyin edilib.

Xatırladaq ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə 22 iyul 2011-ci il tarixində Saatlı Rayon Polis Şöbəsinin rəisi Ağəli Xəlilov işdən çıxarılıb, sərəncama göndərilmişdi.

Mia.az onu da bildirir ki, A.Xəlilov Sabirabadın deputatı Rüstəm Xəlilovun qardaşıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub