Rusiya Bakıya hərbi gəmi göndərir

img

26-09-2016 [13:06]


Rusiya Federasiyasının hərbi gəmisinin Bakı şəhərinə səfəri planlaşdırılır. 

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 27-də Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının komandanı kontr-admiral Sergey Pinçukun rəhbərliyi ilə "Uqliç" kiçik raket gəmisinin Bakıya rəsmi səfəri planlaşdırılıb.

Səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək.

Rusiya nümayəndə heyətinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə səfəri, eləcə də "ADEX-2016" 2-ci beynəlxalq müdafiə Sərgisində iştirakı nəzərdə tutulub.

Gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır.

Səfər sentyabrın 30-dək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR