Mikayıl Cabbarov idmançılarla görüşdü - Fotolar

img

24-09-2016 [16:10]


Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən idman məktəblərinin yetirmələri olan "Rio-2016” Yay Olimpiya və Paralimpiya Oyunlarında uğur qazanmış idmançılarla görüşüb.

Mia.az xəbər verir ki, görüş iştirakçılarını təbrik edən Mikayıl Cabbarov bildirib ki, XXXI Yay Olimpiya Oyunları Azərbaycan olimpiya yığması üçün uğurlu olub. "Rio-2016”da Azərbaycan komandası 1 qızıl, 7 gümüş və 10 bürünc olmaqla, ümumilikdə 18 medal qazanıb. Həmçinin, XV Yay Paralimpiya Oyunlarında Azərbaycan yığması 1 qızıl, 8 gümüş və 2 bürünc medal qazanıb.

Mikayıl Cabbarov son 13 il ərzində ölkəmizdə 3 mindən artıq məktəb tikildiyini və bu məktəblərdə yaradılan idman infrastrukturundan səmərəli istifadənin əsas məqsədlərdən biri olduğunu vurğulayıb.

Görüşün sonunda təhsil naziri idmançılara təşəkkürnamə və hədiyyələr təqdim edib.

Mikayıl Cabbarov idmançılarla görüşdü -  Fotolar

Mikayıl Cabbarov idmançılarla görüşdü -  Fotolar
Mikayıl Cabbarov idmançılarla görüşdü -  Fotolar
Mikayıl Cabbarov idmançılarla görüşdü -  Fotolar


Digər xəbərlər
SON XƏBƏRLƏR