“Gənclərin maliyyə savadlılığının artırılması” layihəsi davam edir

img

24-09-2016 [15:08]


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclərin maliyyə savadlılığının artırılması” layihəsinin icrası davam edir.

Layihə rəhbəri Sevda Quliyeva bildirib ki, layihənin məqsədi tələbələrin, sahibkar olmağa hazırlaşan gənclərin dünya maliyyə bazarlarındakı vəziyyət, Azərbaycanda maliyyə sabitliyinin qorunması, davamlı iqtisadi inkişafın təmin olunması, maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması ilə bağlı atılan addımlar, eyni zamanda maliyyə məhsul və xidmətləri barədə məlumatlandırılması və maarifləndirilməsidir.

Layihənin icrası zamanı gənclərin maliyyə savadlılığı üzrə mövcud vəziyyət öyrənilir, gənclərin bu sahədə öyrənməyə ehtiyac duyduğu məsələlər barədə məlumatlar toplanılır.

Layihə heyəti tərəfindən layihə çərçivəsində gənclərin maliyyə savadlılığının artırılması məqsədilə, bu mövzuda veriliş hazırlanıb. Daha geniş auditoriyanın əhatə olunması məqsədilə İTV-də yayımlanan verilişdə müasir iqtisadi şəraitdə gənclərin maliyyə və iqtisadi biliklərinin artırılmasının vacibliyi xüsusi vurğulanıb.

Verilişdə maliyyə savadlılığının əhalinin maddi rifahı, həmçinin ölkənin iqtisadi artımı və maliyyə sabitliyi üçün vacib bir element olduğu qeyd edilərək, bu sahədə görülən işlərin daha da genişləndirilməsi üçün mütəxəssis rəyi və təklifləri səslənib.

Diqqətə çatdırılıb ki, maliyyə məsələləri baxımindan savadlı gənclər özləri və ailələrinin maddi rifahi ilə bağlı düzgün qərarlar verməklə, maddi təminatlarını daha da gücləndirə bilərlər. Bu da iqtisadi cəhətdən sağlam və dayanıqlı cəmiyyətin formalaşmasına zəmin yaradır.

Layihənin ekspertiQadir İbrahimli bildirib ki, əhalinin, xüsusən gənclərin ölkədə maliyyə sabitliyinin təmin edilməsi üçün atılan addımlar barədə bilgiləndirilməsi çox vacibdir. Çünki ictimai etimad mühiti yaradılması islahatlarln uğuru üçün əhəmiyyətlidir. Layihə fəaliyyətlərinin məqsədləri müəyyənləşdirilərkən bu amil əsas götürülüb.

Digər ekspert Zaur İbrahimovun sözlərinə görə, ölkədə aparılan islahatlar, o cümlədən maliyyə sabitliyinin yaradılması üçün görülən işlər barədə daha geniş maarifçiliyə ehtiyac var. Ona görə ki, bu məsələlərdə əhalinin gözləntiləri çox vacib amildir. Bunu nəzərdə alaraq vətəndaşların, gənclərin obyektiv məlumatlandırılması hazırda aktual bir vəzifədir. Bu istiqamətdə həyata keçirilən tədbirlərə müvafiq informasiya dəstəyinin verilməsi layihə fəaliyyətlərinin əsasını təşkil edir.

layihe-banner-2



Digər xəbərlər
SON XƏBƏRLƏR