Şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının işsizliyi aradan qaldırılacaq

img

24-09-2016 [15:03]


"Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” Ictimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Regionlarda şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarının məşğulluğunun artırılması və işsizliyinin aradan qaldırılması” layihəsi çərçivəsində növbəti tədbirini 20 sentyabr 2016-cı il tarixində Xaçmaz rayon Turizm İnformasiya Mərkəzində keçirib. 

Bu barədə birlik.az saytına qurumun mətbuat xidmətindən məlumat daxil olub. "Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” Ictimai Birliyinin sədri-Layihə rəhbəri Məmmədhəsən Həsənov layihənin donoru, məqsədi haqqında məlumat verdi.

Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətinin müavini Yaqut Məsimova, Məşğulluq Mərkəzinin nümayəndəsi Elnur Osmanov, Xaçmaz rayonu Böyük Vətən Müharibəsi Veteranları Təşkilatının sədri Fərhad Şeydayev, Qarabağ Əlilləri və Şəhid ailələri şöbəsinin sədri Şöhrət Dadaşzadə, Qarabağ Müharibəsi I qrup əlili Qəhrəman İsmayılov və şəhid ailələri iştirak etdilər.

Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndəsi Yaqut Məsimova tədbirdə iştirak edərək, layihəyə uğurlar arzuladı və bildirdi ki, Qarabağ müharibəsi və şəhid ailələri Dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Bir sözlə, həyata keçirilən tədbirlər bir daha isbatlayır ki, Qarabağ müharibəsi əlilləri və iştirakçıları daim dövlətin diqqət mərkəzindədir. Onu da qeyd etdi ki, belə tədbirlərin keçirilməsi vacibdir.

Qarabağ müharibəsi II qrup əlillərindən Mürvət Bayramov, Etibar Məmmədov, Anar Balakişiyev, Babayev Bəxtiyar, Mirağa Əzizov ictmai müzakirədə fəal iştirak edərək, məsələnin çox vacib olduğunu qeyd etdilər. Onlar öz çıxışılarında bildirdilər ki, çox aktual bir mövzudur, əgər bu təkliflər paketi həyata keçirilərsə, Qarabağ müharibəsi əlillərinin sosial-iqtisadi durumunun yaxşılaşdırılmasında boyük rol oynaya bilər və Xaçmaz rayonu turizm bölgəsi olduğu üçün turizm və kənd təsərrüfatı ilə əlaqədar müəyyən kurslar təşkil olunsa, özümüz və övladlarımız bu kurslarda yaxından iştirak edərdik. Bununla yanaşı Böyük Vətən Müharibəsi iştirakçılarına o dövür üçün dövlət uzun müddətli kreditlər verirdi. İndi də bu cür kreditlər verilsə biz dolanışıq güzaranımızı yaxşılaşdırarıq və dövlətimizə də kömək ola bilərik.

Tədbirdə müvafiq qurumların nümayəndələri də sözü gedən layihəyə öz fikirlərini bildirdilər. Müharibə Veteranı və şəhid ailələrinin məşğulluğunun artırılması məqsədilə xüsusi diqqətin ayrılması vurğulandı. Məşğulluq Mərkəzinin nümayəndəsi Elnur Osmanov həmçinin bildir ki, rayonumuzda yeni tikilən Xalçaçılıq fabrikinə işçilərin təmin olunması ilə əlaqədar peşə kurslarından xalçaçılıq kursunun yaradılması daha məqdəsə uyğun olardı. Yetər ki, bu təbəqədən olan insanların istək və marağı olsun və bizə müraciət etsinlər. Daha hansı təkliflər olarsa dinləməyə hazırıq.

Tədbirin sonunda təkliflər paketinin ictimai müzakirəsi aparıldı. Təkliflər paketi İcra Hakimiyyəti və Məşğulluq Mərkəzinin nümayəndələrinə təqdim edildi.

Tədbirdə kofe brek də verildi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR