Azərbaycanın "karol bankiri" haqda yeni iddialar - FOTOLAR

img

23-09-2016 [20:51]


Yəqin diqqətli və məlumatlı oxucularımız Fuad Axundovun adını xatırlayırlar. Söhbət Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, kifayət qədər savadlı bankir Fuad Namiq oğlu Axundovdan gedir.

Bu, həmin Fuad Axundovdur ki, Azərbaycanın ən böyük bankında baş verən ilk qalmaqallı hadisənin səbəbkarıdır.

Onun adı ölkədə Beynəlxalq Bankda apardığı müxtəlif məxfi əməliyyatlar nəticəsində, təxminən 5 milyon dollar mənimsədikdən sonra məşhurlaşmışdı. Söhbət ölkədə hələ milyonu çox az adamın gördüyü dövrdən – 90-ci illərin sonu, 2000-ci illərin əvvəllərindən gedir.

Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, F.Axundov Bank aktivlərini şəxsi maraqları çərçıvəsində idarə edərək müxtəlif əməliyyatlarla külli miqdarda vəsaiti özünün və yaxınlarının xaricdəki hesablarına ötürüb. 

Bu iddiaların nə qədər doğru olduğunu dəqiq söyləyə bilməsək də, mərhum prezident Heydər Əliyevin 2001-ci ildə Fuad Axundovu vəzifədən uzaqlaşdırması ortada ciddi məsələlərin olduğuna şübhə yeri qoymurduVəzifəsindən çıxarılandan qısa müddət sonra F.Axundovun İngiltərəyə köcməsi və orada özünə böyük biznes, dəbdəbəli həyat qurmasına dair məlumatlar isə sabiq bankirin Beynəlxalq Bankdan həqiqətən böyük pullar mənimsədiyi və ölkədən çıxara bildiyinı düşünməyə əsas verirdi. 

Görünür, hansısa yollarla  Fuad Axundov Azərbayacan dövlətini aldada, müxtəlif vasutələrlə əldə etdiyi pulları xaricə çıxara bilmişdi.

İllər keçdikcə, ölkədə elə maxinasiyalar ortaya çıxdı ki,  Fuad Axundov da, onun Azərbaycandan çıxardığı milyonlar da unuduldu. Ancaq sən demə Fuad Axundov Azərbaycanı unutmayıbmış, buradan növbəti böyük pullar qazanmağın yollarını axtarırmış. "AzPolitika.info”ya daxil olan məlumatlardan belə məlum olur ki, qısa müddət sonra bunun yolunu da tapıb. Və bu dəfə qurduğu şəbəkə ilə ölkədən daha böyük pulları çıxarmağı bacarıb.

Hər halda bir qrup sahibkarın adından "AzPolitika.info”ya müraciət edən Elmar Həsənov adlı zərərçəkmişin iddiaları belə söyləməyə əsas verir. 

Onun şikayətindən belə məlum olur ki, ixtisasca maliyyəçı menecer olan və bu sahəni yaxşı bilən Axundov, bu dəfə elə bir mexanizm qurub ki, heç kim onun 10 milyonları mənimsəyərək, Azərbaycandan çıxaracağından şübhələnməyib.

Bu dəfə onun toruna düşənlər isə əsasən müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar olub. Ancaq iddialara görə, eyni zamanda vergi kimi dövlətə çatası, maaş kimi sadə vətəndaşlara verilməli milyonları da ələ keçirməyi bacarıb. Yəni, deyilənlər doğrudursa,  F.Axundovun Azərbaycana 2-ci dəfə "atmağı” bacardığını söyləmək olar .

Hazırda Rusiyanın "Rosatom” Konserninin Türkiyədəki "Akkuyu” layihəsinə rəhbərlik edən, "Akkuyu Nuklear” Səhmdar Cəmiyyətinin baş direktoru Fuad Axundovun bunu necə bacardığını isə Elmar Həsənov belə izah edir:

"Vahid Bank”la "Almalı” marketlərinin nə əlaqəsi?!

Yaqin ki, Azərbaycanda hər kəs "Almalı” marketlərini xatırlayır. Doğrudan da müstəqil Azərbaycanda ilk dəfə idi ki, möhtəşəm və iri marketlər şəbəkəsi yaradılmışdı. Muasir dövrün tələblərinə cavab verən bu markətlər əhalinin maraqlarını üstün tutaraq, həm qiymət siyasətində, həm də çeşid müxtəlifliyində ticarət obyektləri arasında 1 nömrəyə çevrilmişdi.

Qisa zaman kəsiyində "Almalı” marketləri topdansatış mərkəzlərinin, iri və orta sahibkarların "qibləgahına” çevrilmişdi. "Almalı” marketlər şəbəkəsi ilə əməkdaşlığı sahibkarlar ən yüksək səviyyədə tapşırıq, tanışlıq və ən başlıcası "Almalı” rəhbərliyini müxtəlif yollarla maraqlandırdıqdan sonra həyata keçırə bilərdilər.

Qısa zamanda respublikanın ən iri şəhərlərində filialları açılan "Almalı”, günlərin bir günüdə yarandığı kimi də qeyb oldu!!! Nədən belə oldu? Nədən bu qədər işçi işsiz qaldı? Bu qədər avadanlıq yiyəsiz qaldı? Nədən "Almalı” ilə əməkdaşlıq edən sahibkarlar ziyan çəkdi? Cavabı dərin araşdırmadan sonra bəlli oldu!!! Əlbəttə, çoxları bunu bilib şok olacaq. Çünki muasir Azərbaycanda bunu etmək çətin olardı. Yəqin çoxları Azərbaycanın keçid dövrünə təsadüf edən "Vahid Bank” fırıldağını xatırlayır. O dövrdə əhalini aldadaraq varını-yoxunu əlindən alan "Vahid Bank”ı. Sual yaranır, fırildaq üzərində qurulan "Vahid Bank”la "Almalı” marketlərinin nə əlaqəsi?!

"Almalı” marketlərini məqsədli şəkildə Ağalarovun adıyla bağlayırdılar

2006-cı ildə "Almalı” marketlərinin yaranmasına başlandı. Yaranma dövründə əhali arasında marketlər şəbəkəsini hakim ailənin ayrı-ayrı üzvlərinin və yaxud "Krokus” şirkətinin rəhbəri cənab Araz Aqalarovun adıyla bağlayırdılar.Araşdırmalardan aydın oldu ki, bu şayiələr də məqsədli olub!!! "Almalı” marketlərinin yaranmasının əsl müəllifi Azərbaycan Beynəlxalq Bankın keçmiş sədri Fuad Namiq oğlu Axundov olub! Məlumat üçün onu qeyd edək ki, Fuad Axundov bu vəzifədən 2001-ci ildə Heydər Əliyev tərəfindən kənarlaşdırılmışdır. ABŞ-da təhsil almış Fuad Axundovun etibarını itirmə səbəbi isə onun bank aktivlərini öz maraqları çərçıvəsində idarə etməsi və külli miqdarda mənimsəmə planlarının aşkarlanması olmuşdu. Sonra F.Axundov mənimsənilmış vəsaitlərlə İngiltərəyə qaçmış və orada çoxsaylı daşınmaz əmlak sahibi olmuşdu.

Sahibkarlar "Almalı”nın satışına mal verməkdən ötrü "şapka” verirdilər…

Nəhayət, F.Axundov 2006-cı ildə Beynəlxalq Maliyyə Korporasiyası bayrağı altında Azərbaycana sərmayə qoyuluşu adı ilə "ADA” şirkətlər qrupunu yaradır və "Almalı” marketlər şəbəkəsini qurur. İxtisasca maliyyəçı menecer olduğundan qısa zamanda gözə çarpan, cəlbedici görüntü və reklamlardan istifadə etməklə, yüksək səviyyəli Brend ticarət şəbəkəsi yaratmağa nail olur. Azərbaycanda misli olmayan iri ticarət şəbəkəsi əhalinin bütün təbəqələrinin sevimlisinə çevrilir. Bu səbəbdən sahibkarlar bir-birləri ilə rəqabətə girərək "Almalı” ilə əməkdaşlıq etməyə can atırdılar.Hətta sahibkarlar "Almalı”nın satışına mal verməkdən ötrü "şapka” da verirdilər.

Bu andan da mərhələli formada maliyyə fırıldağına start verilir. Mərhələli formada mal verən sahibkarlara süni borclar yaranırdı. Bu borclar mal verən sahibkaları narahat etmirdi, çünki süni yaradılmış "Almalı” bazarına girmək problemi sahibkarları bu fikirdən uzaqlaşdırırdı. Onun da başlıca məqsədi bu idi!!!

10 milyonlarla borc yığıldıqdan sonra "Almalı”nın müflisləşməsi elan edildi!

Maksimal borclanmaya getdikdən sonra "Almalı” Ticarət şəbəkəsində işləyənlərin də son 6 ayda maaşları verilmədi. Beləliklə, sahibkarlara borclanma, vergi borcları, icarə haqlarının borcları (icarəyə götürülmüş mağazalar), kredit borcları, maaş borcları maksimal səviyyəyə qaldırıldıqdan sonra "Almalı” şəbəkəsinin müflisləşməsi elan edildi!

İlkin hesablamalara görə, nisyə mal vermiş sahibkarların 50 milyon manatı, icarə borcları üzrə 250 min manat, vergi borcları üzrə 2 milyon manata qədər və banklardan alınmış kreditlər mənimsənilmişdir. Əlbəttə ki, ticarətdən ən az anlayışı olan belə anlayır ki, ticarətdə ziyan mümkündür. Lakin heç bir xərc qarşılanmamış halda açıq-aşkar satılan malların tam dəyərinin mənimsənilməsi mümkün deyil. Belə ki, satılmış malların tam dəyəri ticarət dövriyyəsindən mərhələli formada kanarlaşdırılaraq mənimsənilmişdir. Bundan başqa özünü Türkiyə, Avropa, MDB dövlətlərində 1 nömrəli top menecer və bankir kimi qələmə vermiş Fuad Axundov belə sadə yolla müflisləşə biməzdi.

Bundan əlavə,  "Almalı” rəhbərliyi qeyri-rəsmi olaraq, sahibkarlardan və digər tanışlardan, aylıq və illik yüksək faiz dərəcələri ödəmək vədləri ilə 15 milyon manata qədər əlavə vəsait toplamışdı. Bu vəsaitlər də tam şəkildə mənimsənildi!

Fuad Axundovun "Almalı” layihəsində kimlər iştirak edib?

Əlbəttə, hər bir xırda detal düşünülmüşdü. Fuad Axundov "Almalı” layihəsinə Azərbaycan Beynəlxalq Bankından onunla bir yerdə uzaqlaşdırılmış komandasını gətirmişdi. Bunlardan Elşad Şirinbəyov (Yasamal ABB filialı), Rafael Hacıyev (Sumqyıt ABB filialı), Mobil Şərifov (Gəncə ABB filialı), Bahruz Hüseynov (ABB), Asim Salamov (Fuad Axundovun bacısı Nigar Axundovanın həyat yoldaşı), Ağası Hüseynov (Fuad Axundovun həyat yoldaşı Fərəh Axundovanın qardaşı) və s. qohumlar və tanışlar. Rafael Hacıyevi isə Fuad Axundov "Almalı” marketlərinin rəhbəri və vəsait yığımına nəzarətçı təyin etmişdi.

Fuad Axundov bu dəfə, təxminən, 90 milyonu ölkədən çıxarıb!

Xatırlatdığımız kimi, Fuad Axundov maksimal borclanmaya getdikdən sonra bir vaxtlar qərb dünyasında ən geniş yayılmış dələduzluq formasından istıfadə edərək, "Almalı” Ticarət şəbəkəsini süni müflis elan etdi. Beləliklə, Fuad Axundov müflisləşmə yolu ilə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılması nəticəsində ümümilikdə 70 milyon manatdan artıq vəsaiti mənimsədi. Nəzərə almaq lazımdır ki, 2012-ci il tarix üçün 0.78 qəpik məzənnə ilə bu, təxminən 90 000 000 (Doğsan milyon) ABŞ dolları təşkil edirdi. Beləliklə də Fuad Axundov özünü və biznesini süni müflis elan etməklə, külli miqdarda vəsaiti ölkədən çıxarmağa nail oldu.

Axundovun ailəsi İngiltərədə dəbdəbəli həyat sürür

Hazırda Fuad Axundovun ailəsi İngiltərədə dəbdəbəli həyat sürür (fotolar əlavə olunur). F.Axundovun özü isə hazırda Rusiyanın "Rosatom” Konserninin Türkiyədəki "Akkuyu” layihəsinə rəhbər təyin edilib. Çox güman ki, növbəti meqa dələduzluğunda qurbanı məhz bu konsern olacaq. Fuad Axundovun "Akkuyu” layihəsində özünə müşavir olaraq "Almalı”nın keçmış rəhbəri Rafael Hacıyevi təyin etməsi, artıq prosesin hərəkətdə olmasına dəlalət edir (fotolar əlavə olunur).

Hazırda ziyan çəkmiş sahibkarların bir araya gəlməsi prosesinə start verilib. Yaxın vaxtlarda Bakı Mətbuat Mərkəzində jurnalistlərlə görüş keçirilməsi və Azərbaycan Respublikası Prezidentinə, Baş Prokurora və DİN-nə (Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsi) mütəşəkkil formada dələduzluq faktlarının araşdırılması istiqamətində müraciətlər göndəriləcəkdir!!!”

Müraciətdə qeyd olunanlarla bağlı Fuad Axundovun və adları çəkilən digər şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

AzPolitika.info

2FUAD AXUNDOV

Fuad Axundov ailəsi ilə

Fuad Axundov ailəsi ilə

F.Axundov və həyat yoldaşı - "Çırağan plaza" Türkiyə 2015

F.Axundov və həyat yoldaşı – "Çırağan plaza” – Türkiyə 2015

F. Axundov qızının toyunda

F. Axundov qızının toyunda

F. Axundov qohumlar ilə-  Çırağan plaza Türkiyə 2015

F. Axundov qohumlar ilə – Çırağan plaza – Türkiyə 2015

Müğənni Nadır Qafarzadə F.Axundovun qızıznın nişanında Türkiyə boğaz

Müğənni Nadır Qafarzadə F.Axundovun qızının nişanında – Türkiyə, boğaz

F.Axundov qızı - İngiltərədəki evlərində

F.Axundovun qızı – İngiltərədəki evlərində

F. axundov Türkiyədə

F. Axundov Türkiyədə

F.Axundovun Antalyadakı evi

F.Axundovun Antalyadakı evi

 Fuad Axundovun

Fuad Axundovun "Almalı” marketlərinin rəhbəri Rafael Hacıyev

 Fuad Axundov

Fuad Axundovun "Almalı” marketlərinin rəhbəri Rafael Hacıyev


Digər xəbərlər
SON XƏBƏRLƏR