Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxsin məhkəməsi başlayıb

img

23-09-2016 [16:33]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə təqsirləndirilən şəxsin müdafiəçisi vəsatətlərlə çıxış edib. Vəkil çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin barəsində həbs qətimkan tədbirini dəyişdirilib ev dustaqlığı ilə əvəz edilməsini və cinayət işinə xitam verilməsini istəyib. Vəsatətlər təmin edilməyib. Məhkəmənin baxış iclası sentyabrın 30-na təyin edilib.

Qeyd edək ki, E.Məmmədov bu il iyun ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İ.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra İ.Qasımov barəsində CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham irəli sürülüb.
O, 13 milyon manat pulu dələduzluq etməkdə təqsirli bilinir.
Xatırladaq ki, E.Məmmədovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.


Digər xəbərlər
SON XƏBƏRLƏR