Məşhur rejissor restoranda qəflətən dünyasını dəyişdi - Azərbaycanda!

img

19-09-2016 [22:06]


Məşhur rejissor Kazımovski  restoranda qəflətən dünyasını dəyişib.

Hadisə Ağdaş restoranında baş verib. 

Ələkbər Kazımovski iştirak etdiyi  məclisdə qəflətən krizisə girib və onu xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, rejissorun qəfil ölümünə ürəktutması səbəb olub.

İddialara görə, hadisə aktrisa Nahidə Hüseynovanın doğum günün qeyd etdiyi məclisdə baş verib.

Xatırladaq ki, rejissor uzun müddət AzTV və ANS telekanallarında çalışıb.

Qeyd edək ki, Ə.Kazımovski məşhur rejissor Rauf Kazımovskinin oğludur.

Musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR