ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə iclasının vaxtı məlum oldu

img

19-09-2016 [12:42]


ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti üzrə iclasın vaxtı məlum olub.

Mia.azAPA-ya istinadən xəbər verir ki, iclas Ali Məhkəmədə hakim Sevda Hüseynovanın sədrliyi ilə sentyabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, sentyabrın 15-də keçirilən prosesdə ANS-in hüquqlarının müdafiəsinə yeni qoşulan Fuad Ağayev iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə vəsatəti təmin edib və iclas qeyri-müəyyən vaxtadək təxirə salınmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR