16-09-2016 [16:17]
Kənd Təsərrüfatı Nazirliyində (KTN) Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlar, o cümlədən Qurban bayramı günlərində heyvan kəsimi ilə bağlı idarənin fəaliyyətinə dair daxil olmuş şikayətlərlə əlaqədar Kollegiya iclası keçirilib.
Mia.az KTN-ə istinadən xəbər verir ki, kollegiya iclasını giriş sözü ilə açan kənd təsərrüfatı naziri Heydər Əsədov ölkəmizdə müqəddəs Qurban bayramı münasibətilə hər il olduğu kimi bu il də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bir sıra məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.
Qeyd edilib ki, Qurban bayramı ərəfəsində və bayram günlərində Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində işləmiş, ət kəsimi məntəqələrində baytarlıq–sanitariya tələblərinə ciddi əməl olunmasına nəzarət artırılmış, əhalinin ucuz və keyfiyyətli qurbanlıq heyvanları ala bilmələri üçün lazımi işlər görülüb.
Bununla belə, Qurban bayramının keçirildiyi günlərdə Sumqayıt şəhərində fəaliyyət göstərən ət kəsimi məntəqələrinin bir qismində baytarlıq nəzarəti zəif təşkil olunub.
Belə ki, Nazirliyə Sumqayıt şəhər Baytarlıq İdarəsinin fəaliyyəti ilə bağlı vətəndaşlar tərəfindən narazılıqlar daxil olmuşdur. Həmçinin baytarlıq xidmətlərinin göstərilməsinə görə xidmət haqqının qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtlı-vaxtında mədaxil edilməsində nöqsanlara yol verilir.
Kollegiyada ət kəsimi məntəqələrində baytarlıq nəzarətini lazımi səviyyədə təmin etmədiyinə və tabeliyindəki işçilərin işdə yol verdikləri nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görmədiyinə görə, Sialə Rüstəmovanın bundan sonra Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəisinin vəzifəsini icra etməsi məqsədəuyğun sayılmamışdır.
İclasda müddəti başa çatdığı nəzərə alınaraq, kollegiyanın qərarına əsasən, Sialə Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Eyni zamanda, idarənin aparıcı baytar həkimi Emil Zinharov tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilməsi barədə Sumqayıt şəhər Baytarlıq İdarəsinə müvafiq tapşırıq verilib.
İşdə yol verdiyi nöqsanlara görə Sumqayıt şəhər Baytarlıq İdarəsinin 2 saylı Baytarlıq-sanitariya laboratoriyasının direktoru Əkrəm Ağayev tutduğu vəzifədən azad edildi, həmin Laboratoriyanın laborantı Sədulla Qurbanova isə şiddətli töhmət elan olunub.
Kollegiya iclasında Qurban bayramının keçirildiyi günlərdə Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış ilkin materialların Sumqayıt Şəhər Prokurorluğuna göndərilməsi barədə müvafiq qərar qəbul edilib.
Mia.az onu da xəbər verir ki, vəzifədən azad olunaraq işçiləri ilə birgə prokurorluğa verilən Sialə Rüstəmova KTN yanında Baytarlıq Xidmətinin keçmiş rəisi olub. Heydər Əsədov onu bir neçə ay əvvəl vəzifəsindən azad edərək, Sumqayıta yeni azad olunduğu vəzifəyə təyin etmişdi...
MİA.AZ
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib