15-09-2016 [23:55]
600 baldan yüksək nəticə göstərərək şəhər və rayonların adını yüksəldən və tələbə adını alan gənclərlə icra başçılarının builki ənənəvi görüşü geniş müzakirəyə səbəb olub.
Buna səbəb icra başçılarının bəzilərinin rayon üzrə yüksək bal yığan tələbələrə bağışladıqları hədiyyələrin mahiyyətsiz olmasıdır.
Məhz Lənkəran şəhər icra başçısıTaleh Qaraşovun bu il qəbul imtahanlarında 600 baldan çox toplamış 30 lənkəranlı tələbəyə elektrik qəhvədan hədiyyə etməsi ictimai etirazın yaranmasına səbəb olub.
Bəs, daha hansı icra başçıları rəhbəri olduqları rayonlarda tələbələrə ucuz və mahiyyətsiz hədiyyələr verib?
Mia.az Azxeber.com-a istinadən icra başçılarının yeni tələbə adını alan məzunlarla görüşləri zaman onlara bağışladıqları hədiyyələrlə bağlı araşdırmanı təqdim edir:
1. Tovuz rayon icra başçısı Tofiq Zeynalovun hədiyyəsi də sosial şəbəkələrdə ən çox müzakirə olunan hədiyyələrdən olub. İllərdir rayona rəhbərlik edən T.Zeynalov 600-dan yüksək nəticə göstərmiş tələbələrə sevgi kitabı və bir də köynək hədiyyə edib.
2. Rəhbərlik etdiyi rayonda cəmi 2 ən yüksək bal toplayan tələbə olmasına baxmayaraq, Ağsu rayon icra başçısı Ənvər Seyidəliyev də "komik” hədiyyə verən icra başçılarından biri olub. O, hər iki tələbəyə divar saatı hədiyyə etməklə kifayətlənib.
3. Sumqayıtdan sonra "paytaxtın paytaxtına" - Səbailə rəhbərlik etməyə başlayan Eldar Əzizov da "əlibərk"lik nümayiş etdirən icra başçılarından olub. Rayon rəhbəri yüksək bal toplayan tələbələrə "dünya ədəbiyyatı korifeylərinin nəfis tərtib olunmuş əsər" (İH saytında məhz elə belə yazılıb) bağışlamaqla və "Yaxt Klub"da tədbir təşkil etməklə kifayətlənib.
4. Nəsimi rayon icra başçısı Asif Əsgərov isə əliaçıqlığı ilə seçilib. O, yüksək nəticə göstərən tələbələrə qiymətli hədiyyə və 400-dən artıq şagirdə məktəbli forması hədiyyə edib.
5. Sabirabadın icra başçısı Nazim İsmayılov isə digər həmkarlarından fərqli olaraq tələbələrə öz hədiyyələrini özləri alması üçün pul mükafatı verib. İcra başçısı 500-dən yüksək nəticə toplayanlara 50 manat, 600-dan yüksək nəticə toplayanlara isə 100 manat verib.
6. Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədov isə pul mükafatının məbləğini stabil saxlayıb. O tələbələrə balından asılı olmayaraq 50 manat hədiyyə edib.
7. Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev hər il olduğu kimi bu ildə səxavətli davranıb. Başçı Nərimanov Rayon İcra Hakimiyyəti adından təhsildə fərqlənmiş, qəbul imtahanlarında yüksək nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş məzunlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.
8. Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İskəndərov ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunları təltif edib.
Yekunda isə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək tələbə adını qazanmış gənclərlə xatirə şəkli çəkdirilib. Bu haqda icra hakimiyyətinin saytında məlumat verilib. Fotolarda isə tələbələrin yalnızca tort kəsdiyi əks olunub.
9. Şamaxı rayon icra başçısı Asif Ağayev isə yalnız 600 baldan yüksək nəticə göstərənlərə 100 manat pul verib.
10.Balakən rayon icra başçısı İslam Rzayev də bəzi həmkarları kimi puldan çox qiymətli hədiyyəyə üstünlük verib. O qızıl medal alan və 600 baldan yüksək bal toplayan tələbələrin hər birinə planşet hədiyyə edib.
11. Sumqayıtın icra başçısı Zakir Fərəcov isə bu il əliaçıqlıq nümayiş etdirənlərdən olub. İcra başçısı 600-dan yüksək bal toplayan tələbələrə noutbuk və 200 AZN verib.
12. Kəlbəcər rayon icra başçısı Aqil Məmmədov da 200 manat pul və fəxri fərman hədiyyə edib.
13. Gədəbəy rayon icra başçısı Ramiz Yediyarov isə devalivasiyadan sonra hədiyyələrinin sayını azaldıb. O tələbələrə "bəy verən atın dişinə baxmazlar” ədası ilə qol saatı və fəxri fərman verməklə kifayətlənib.
14. Xaçmazda isə icra başçısı Şəmsəddin Xanbabayev 550-dən yüksək nəticə göstərən tələbələrə ətir və qalstuk hədiyyə etməklə məsələni kökündən həll edib.
15. Goranboy rayon icra başçısı Nizaməddin Quliyev 500-dən yüksək bal toplayanlara 200 manat, 600-dan yuxarı bal toplayanlara isə 500 manat pul mükafatı verib.
16. Göygöl rayon icra başçısı Arif Seyidov digər həmkarlarından fərqli olaraq ucuz hədiyyə ilə öz işini yekunlaşdırıb. İcra başçısı yüksək nəticə toplayan tələbələrə DVD və gül hədiyyə edib.
17. Ucar rayonunun icra başçısı Mənsur Məmmədov da bu il rayonun DVD ehtiyyacını öz hesabına görüb. Belə ki, icra başçısı 600-dan yuxarı nəticə göstərən tələbələrin hər birinə yalnızca DVD verməklə kifayətlənib.
18. Oğuz rayon icra başçısı Eyvaz Qurbanov isə çoxlarını təəccübləndirəcək jesti ilə diqqəti cəlb edib. Rayon rəhbəri 600-650 bal toplayanlara notbuk, 650-dən yüksək nəticə göstərənlərə isə İpad hədiyyə edib.
19. Nazir qardaşı Mərdan Camalov isə Şirvanda konsert verməklə yüksək bal toplayan tələbələri təbrik edib. Bu barədə sosial şəbəkə istifadəçiləri məlumatlar paylaşıblar.
20. Bu il də Azərbaycanda yüksək bal toplayan tələbələrə ən çox pul mükafatını Naxçıvan Muxtar Respublikasının rəhbəri Vasif Talıbov verib. V.Talıbov 500-dan yüksək bal toplayan tələbələrə 200 AZN, 600-650 bal arası toplayan tələbələrə 250 AZN, 650-700 bal toplayanlara 300 AZN, 700 bal toplayan tələbələrə isə 500 AZN pul mükafatı verib.
MİA.AZ
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar