Azərbaycan 27 idmançı ilə Paralimpiya Oyunlarında təmsil olunacaq

img

08-09-2016 [12:16]


"Bu, Azərbaycanın tanıdılması baxımından böyük uğur sayılacaq".

Olimpiya oyunlarında yüksək nəticələr qazandığımız kimi, Paralimpiya Oyunlarında istənilən nəticə əldə olunacaq.
Bu sözləri Azərbaycan Sindo-ryu və Pencak silat Federasiyasının vitse-prezidenti Ceyhun Əşrəfov fikirlərini bölüşərkən söyləyib. "Ola bilər ki, olimpiya oyunları qədər Paralimpiya oyunlarına böyük maraq olmasın. Buna baxmayaraq oyunları idmansevərlər böyük həyəcanla izləyəcəklər. Ümumiyyətlə, idmana böyük maraq var. İdman insanlar arasında sülh,dostluq bağlarını gücləndirir. Bu günkü dünyamızda qeyd edilənlər hava-su kimi lazımdır.
Nəzərə almaq lazımdır ki, beynəlxalq yarışların önəmi böyükdür.

Həmçinin, idmançılarımızın oyunlarda iştirakı Azərbaycanın tanıdılması baxımından böyük uğur sayılacaq. Sevindirici hal odur ki, Azərbaycan 27 idmançı ilə Paralimpiya Oyunlarında təmsil olunacaq. İdmançılarımıza uğurlar arzulayıram”.


Digər xəbərlər
SON XƏBƏRLƏR