“Putinin məlum səfəri Özbəkistan prezidentinin kim və kimin adamı olmasilə əlaqədardır” - Politoloq

img

06-09-2016 [15:55]


"Rusiyanın Özbəkistandakı keçid dönəmini təqib etməsi başa düşüləndir”.

Bunu politoloq Elçin Abdullayev deyib. O, bildirib ki, vizual olaraq Rusiya prezidenti Vladimir Putinin Səmərqəndə səfəri mərhum prezidentin qəbrini ziyarət edib, özbək xalqına dəstək kimi görünsə də səfərin əsl mahiyyəti başqadır: "V. Putinə görə İslam Kərimovdan sonra Özbəkistanda siyasi hakimiyyət sükanı arxasına kimin keçəcəyi önəmli məsələdir. Kreml şefinin istəyi İ.Kərimovdan sonra prezident olacaq şəxsin ən azı Moskva ilə sıx əməkdaşlığa maraq göstərməsindən ibarətdir. Hətta yeni prezident olacaq şəxsin Kremlin dəstəyilə hakimiyyətə gəlməsi Putin üçün aktual mövzudur ki, Özbəkistan Kərimovdan sonra keçid dövrünü rahatlıqla aşa bilsin. Nəzərə alsaq ki, Özbəkistan kimi avtoritar ölkələrdə hakimiyyət dəyişikliyi zamanı öz maraqlarını irəli sürən güclərin fəallığı hər zaman hiss olunub. O zaman Rusiyanın da fəallığı və Özbəkistanda Kərimovdan sonrakı keçid dönəmini təqib etməsi, başa düşüləndi.

Onu da nəzərdən qaçırmamalıyıq ki, Özbəkistan Orta Asiyanın önəmli dövlətlətindən biri hesab edilir. Hansı ki, sözügedən dövlətin yerləşdiyi coğrafiya hal-hazırda "barıt çəlləyi”ni xatırladır. Hər an bu bölgədə vəziyyətin nəzarətdən çıxması üçün çalışan və puskuda duran qüvvələrin olduğu danılmaz faktdır. Odur ki, Özbəkistan kimi ölkədə vəziyyətin nəzarətdən çıxması Rusiyanın bölgə siyasətilə uzlaşmır. Əksinə Özbəkistandakı keçid dövrü "xəstə” olarsa, o zaman bölgəni ekstimizim və terror təhlükəsi bürüyə bilər. Və bundan da Rusiyanın əsas müttəfiqləri Qazaxıstan və Qırğızıstan ciddi zərər görər ki, bu da Rusiyanı narahat etməyə bilməz. Odur ki, V.Putinin məlum səfəri Özbəkistan prezidentinin kim və kimin adamı olmasilə əlaqədardır. Əminliklə söyləmək olar ki, Putin bu səfər zamanı birinci görəcəyi iş Kremlin dəstəkləyəcəyi namizədi müəyyənləşdirmək olacaq. Bu namizədlər hazırkı Baş nazir Şövkət Mirziyoyev və ya Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rustam İnoyatov ola bilər”.



Digər xəbərlər
SON XƏBƏRLƏR