Azərbaycanlı müğənni Ukraynada yarışmada finalçı oldu

img

05-09-2016 [15:10]


Gənc müğənni Tural Ağagül oğlu Tağıyev (Ukraynada Tural Aga kimi tanınır) Ukraynada keçirilən "Karaoke Word Championships" Ukraine müsabiqəsinin finalçısı olub. Tural Aga müvafiq medal ve diplomla təltif edilib.

Tağiyev Tural Ağagul oglu 1995 ci ildə Bakıda anadan olub. 2012-ci ildə Bakıxanov qəsəbəsi 94 saylı tam orta məktəbi bitirib.

Uşaq yaşlarından musiqiyə böyük maraq göstərib. Dayısı musiqiçi olduğundan sənət adamlarının əhatəsində böyüyüb. Valideynləri musiqiçi olmasna qarşı çıxsalar da, o bu niyyətindən əl çəkməyib və tədbirlərdə mütəmadi olaraq müğənni kimi çıxış edib.

Orta məktəbi bitirdikdən sonra o, Ukraynda Odessa Dövlət Ekologiya Universitetinə qəbul olub. Musiqiyə böyük marağını görən yaxın qohumu Zaur Quliyev onu tanınmış müğənni Əli Mirəliyevin yanında aparıb. Gənci sınaqdan çıxarmağı xahiş edib. Tural Ağanın səsini bəyənən Ə.Mirəliyev onun müəllimi olmağa razılıq verib.

Bundan sonra konsertlərdə, televiziya proqramlarında çıxış edən Tural Ağa Azərbaycanda peşəkar müğənni kimi ilk addımlarını atıb

Odessa Dövlət Ekologiya Universitetində təhsil alan zaman o, mütəmadi olaraq tədbirlərdə müənni kimi çıxış edib. Universiterin təşkilatçısı Viktoriya Yurkina ona Ukraynada karaoke üzrə cempionatda istirak etmeyi təklif edib ve Tural bu yarişmaya qatılıb.

Tural Ağa aprel ayında 155 iştirakçının qalib gəldiyi müsabiqənin yarımfinalına çıxıb. Tural yarımfinalda uğurla çıxış edərək finala vəsiqə alıb. Finalda qalıb gələn 3 iştirakçının KWC 2016 qalibi Kanadının Vankuver şəhərində keçiriləcək karoeke üzrə dünya çempionatında qatılması nəzərdə tutulub. Müsabiqənin finalçısı olan Tural Ağa müvafiq medal ve diplomla təltif edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR