İdmançımızın Olimpiadadakı nəticələri ləğv edildi

img

01-09-2016 [12:44]


Azərbaycanın ağırlıqqaldıranı İntiqam Zairovun Pekin-2008 olimpiadasındakı nəticələri dopinqə görə ləğv edilib.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) məlumat yayıb.Məlumatda bildirilir ki, Pekin-2008-də İ.Zairov 9-cu sırada çıxış edib. Qan nümunələrindən götürülən test müsbət nəticə verib və atletdə dehidroxlorometiltestosteron (turinabol) aşkarlanıb.

Xatırladaq ki, İ.Zairov 2023-cü ilin sonlarınadək bütün yarışlardan kənarlaşdırılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR