Olimpiya mükafatçımıza ev verildi

img

01-09-2016 [11:49]


Rio 2016 Yay Olimpiya Oyunlarında Azərbaycana sərbəst güləş yarışlarında gümüş medal qazandıran təmsilçimiz Xetaq Qazyumova ev verilib.

Milliləşdirilmiş idmançı öz ölkəsində - Şimali Osetiyada mənzillə təmin edilib. İdmançıya iki otaqlı evdən əlavə təxminən 12 500 manat pul da təqdim edilib.

Avqustun 31-də Şimali Osetiyanın "Vladiqafqaz" aeroportuna eniş edən idmançını yaxınları, qohumları və azarkeşlər qarşılayıb. Bundan sonra o, Şimali Osetiyanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Vyaçeslav Bitarov idmançını qəbul edib. Görüş zamanı o, pul mükafatını və mənzilin açarını təqdim edib.
AzNews.az

Digər xəbərlər
SON XƏBƏRLƏR