“Avto FM” Gülənə görə bağlanıb? - Açıqlama

img

01-09-2016 [11:08]


"Avto FM” radiosunun direktoru Seymur Teymurov radionun bağlanmasından danışıb.

S. Teymurov bildirib ki, radionun Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə müqaviləsi var idi: "Biz onlara radio xidməti göstərirdik. İndi bu müqavilə birtərəfli olaraq dayandırılıb. Dayandırılmanın səbəbi bizə bəlli deyil. Amma "Avto FM” MMC olaraq qalır. Radio kimi fəaliyyət göstərmək üçün bütün texniki və kadr potensialımız var. Əgər başqa tərəfdaş tapsaq, fəaliyyətimizi davam etdirəcəyik”.

S. Teymurov sosial şəbəkələrdə radionun bağlanmasını Fətullah Gülənlə əlaqələndirənlərə də cavab verib. O qeyd edib ki, radionun bağlanmasının gülənçilərlə əlaqəsi yoxdur:"Biz siyasi fəaliyyət göstərmirdik. Yalnız Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio üçün lazım olan texniki xidmət göstərirdik”.
Qafqazinfo.az

Digər xəbərlər
SON XƏBƏRLƏR