Tacir Şahmalıoğlunun duet ortağı kimdir?

img

29-08-2016 [19:10]


Əfsanəvi "Qarabağ bülbülləri" ansamblının üzvü Tacir Şahmalıoğlu mətbuat üçün həmişə maraqlı insan kimi axtarılan bir sənətkar olaraq qalır. 

Bu günlərdə müğənni ilə bağlı yeni xəbər almışıq.

Bu barədə məlumat almaq üçün müğənnin özü ilə əlaqə saxlamaq istədik.

Telefonu ifaçının dostu tanınmış kameraman Mahir cavab verdi.

Dostu belə xəbərin doğru olduğunu təsdiqlədi. Tacirin səs yazma studiyasında təzə mahnı yazıldığını qeyd etdi. Mahir Hüseynbəyli bundan sonra müğənni ilə ortaq iş birliyinə başladığını söylədi.

"Tacirlə yeni iş birliyinə başlamışıq. Məqsədimiz yeni mahnılar yazdırıb musiqi sevənlərə təqdim etməkdir. Musiqi özünə aid olan yeni mahnısının klipinin çəkilişinə hazırlaşırıq. Və ən əsası maraqlısı odur ki,Tacir istedadlı bir müğənni xanımla duet oxumağa hazırlaşır".

M.Hüseynbəyli hələlik xanım müğənninin adını sirr olaraq saxladı: "Tələsməyin və tezliklə bu barədə mətbuata məlumat veriləcək. İnanırıq ki,mahnı izləyəcilərin xoşuna gələcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR