Aktyor yenidən Mehriban Əliyevaya müraciət edəcək

img

29-08-2016 [13:13]


Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimovun səhhətində xeyli vaxtdır ciddi problemlər yaranıb. 

Böyrək çatışmazlığından əziyyət çəkən aktyorun əməliyyat xərcini Heydər Əliyev Fondu öz üzərinə götürsə də, əməliyyat olunacaq şəxslər siyahısında 100-cü xəstə olması Rəhim Rəhimovu narahat edir. Növbəsini gözləmək imkanı tükənən aktyor isə, təcili əməliyyat olunmalıdır. Aktyorun sözlərinəgörə, sentyabr ayında Türkiyəyə müayinəyə gedəcək: 

"İstəyirəm ki, xəstəliyimlə bağlı gedən proseslərə tam əmin olum. Bu mənim şəxsi təşəbbüsümdür. Orada bir dostum yaşayır, məni dəvət edib ki, gəl, müayinələrdən keç. Bundan əlavə, donorum da müayinə olunmalıdır. Bu müayinə isə Mərkəzi Neftçilər Xəstəxanasında olacaq. Donor hələ müayinə olunmayıb. Donor yaxın qohumumdu". 

 Aktyor qeyd edib ki, əməliyyat olunacağı günlə bağlı qərarı həkimlər verəcək: 

"Mənim bütün əməliyyat xərclərim Heydər Əliyev Fondu tərəfindən ödəniləcək. Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Əsas problem odur ki, əməliyyat üçün növbələr var. Həkimin sözlərinə görə, bu növbələr hardasa bir ilə yekunlaşar. Növbəyə əsasən, bir ildən sonra əməliyyata girməliyəm. Bu müddəti gözləməyə isə səhhətim yol vermir. Yəni, mən təcili olaraq əməliyyat olunmalıyam. Onlar mənim böyrək fəaliyyətmi 29-da saxlayıblar. Çalışırlar ki, bundan aşağı düşməsin". Həkimlər aktyoru Cavadzadə adına xəstəxanaya göndəriblər ki, əməliyyat orada aparılsın: "Amma məni əməliyyat edəcək həkimlər Mərkəzi Neftçilər Xəstəxanasında çalışdıqları üçün, həmin xəstəxanada əməliyyat olunmaq istəyirəm. Hazırda bu məsələyə baxılır". Aktyor qeyd edib ki, növbəsinin tezləşməsi ilə əlaqədar Heydər Əliyev Fonduna və Səhiyyə Nazirliyinə müraciət edəcək: "Özümü pis hiss edirəm, sistemlər, iynələr və dərmanlar qəbul edirəm. Əgər böyrək fəaliyyətim 29-dan ensə, artıq mənim vəziyyətim daha pis olacaq". 

Aktyor daha sonra bildirib ki, hazırkı əməliyyatların hamısı öz hesabına aparılır: "Xəstəliyim aşkarlanandan bu günə kimi bütün xərcləri özüm çəkmişəm. Nə yaxşı ailəm və yaxın dostlarım var. Sistemlər də hamısı od qiymətinə. Aya hardasa 600 manat müalicəyə pul ayrılır. Təkcə əməliyyatımın xərci dövlət tərəfindən ödəniləcək". Aktyor xəstə olsa da, yeni teatr mövsümünün başlanması ilə əlaqədar yaradıcılıq yeniliklərindən də söz açıb: "Teatrın direktoru tez-tez zəng edib əhvalımı soruşur. Ona dedim ki, yeni mövsümdəreperturada mənə bir az sərbəstlik versin. Birdən səhhətimdə problem yaranar, tamaşalar qalar. Deyir ki, narahat olma, bacardığın qədər işlə, tamaşalarda oyna ki, başın qarışsın. Həm də bildirdi ki, oynadığım bütün tamaşalarda mənə dubliyor verəcəklər".


Digər xəbərlər
SON XƏBƏRLƏR