Yol polisinin qovduğu maşın 1 ailəni məhv etdi

img

17-08-2016 [22:31]


Bərdədə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Mia.az modern.az-a istinadən xəbər verir ki, hadisə Bərdə-Tərtər yolunda, Zümürxan kəndinin ərazisində baş verib. Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişənlər Kəlbəcər rayonundan olan məcburi köçkün Alim İsayev və onun həyat yoldaşı Vəfa İsayevadır. Gənc ailənin iki azyaşlı övladı isə hazırda xəstəxanadadır. Hər iki uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb hərbi geyimli şəxsin idarə etdiyi avtomobil olub. Dövlət Yol Polisi əməkdaşlarının qovduğu həmin avtomobil idarəetməni itirərək, qarşı yola çıxaraq digər avtomobilə çırpılıb.

Hadisə yerinə gələn Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları faktla bağlı araşdırma aparır. Hadisənin daha dəqiq səbəbi araşdırmalardan sonra bilinəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR