Bakıya yeni aftobuslar gətirilir

img

16-08-2016 [12:22]


"Bakıda marşrut avtobuslarının yenilənməsi prosesi davam edəcək".

Bunu Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov deyib.

Onun sözlərinə görə, bu məqsədlə sentyabr ayında Bakıya 50-dən artıq yeni marşrut avtobusu gətiriləcək.

M.Abbasov qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi yararsız avtobusları istismara buraxmayacaq: "Yol qəzalarının əksəriyyəti istismara yararsız olan nəqliyyat vasitələrinə görə baş verir. Standartlara cavab verməyən marşrut avtobusları xətlərdən yığışdırılacaq"
Femida.az



Digər xəbərlər
SON XƏBƏRLƏR