DİN-dən narkotik əməliyyatı

img

15-08-2016 [13:24]


Bakı və Cəlilabad sakinindən narkotik vasitə götürülüb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ədalət Zərbəliyevdən 520 qram heroin və 2,215 qram marixuana, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb və Cənub Bölgələrində Regional Şöbələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cəlilabad rayon sakini Uruşan Kərimovdan 1 kiloqram 035 qram tiryək, 0,448 qram heroin və 10 ədəd "Tramadol” həbləri aşkar olunub.

Hər bir faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR