Ermənistanda əsgərləri daşıyan avtomobil qəzaya düşüb, 8 nəfər yaralanıb

img

15-08-2016 [12:14]


Yerevanda Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobilin qəzaya uğraması nəticəsində 8 əsgər yaralanıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
İnformasiyaya əsasən, hadisə Yerevanda Şimal avtovağzalı yaxınlığında baş verib. Avtomobildə 16 əsgər olub. Hadisə hərbçiləri daşıyan avtomobillə "Niva" markalı maşının toqquşması nəticəsində baş verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR