Tərtərdə toy karvanında qəza baş verib: Ölən və yaralananlar var - FOTOLAR

img

14-08-2016 [13:25]


Tərtərdə toy karvanında qəza baş verib. Hadisə Tərtərin "Dörd yol” adlanan ərazisində baş verib.

Maşın karvanında hərəkət edən 99BK744 dövlət nömrə nişanlı "Mercedes” markalı maşın qarşıdan gələn 90AN513 nömrə nişanlı "Niva” markalı avtomobillə toqquşub. "Niva” markalı avtomobil Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə, "Mercedes” markalı avtomobil Rüstəmov Şəhriyar Valeh oğluna məxsusdur.

Toqquşma nəticəsində "Mercedes” markalı maşın yol kənarındakı yüksək gərginlikli beton dirəyə çırpılıb. Qəza nəticəsində yaralanan sürücü və sərnişinlər Ağdam və Bərdə Mərkəzi Rayon Xəstəxanalarına çatdırılıb.

Ağdam MRX-dan verilən məlumata görə xəstəxanaya çatdırılan Gülşən Həsənovanın həyatını xilas etmək mümkün olmayıb. Mərhum G.Həsənova Ağdam rayon sakini olduğu, Sumqayıt şəhərində məskunlaşdığı bildirilib.

Hazırda faktla bağlı Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır. (APA)





Digər xəbərlər
SON XƏBƏRLƏR