Bakıda şok olay - 54 yaşlı kişi 10 yaşlı qızı zorlamaq istədi

img

12-08-2016 [17:21]


Bakıda 54 yaşlı kişi 10 yaşı qızı zorlamağa cəhd edib.

Bu barədə Binəqədi rayonu Polis İdarəsindən məlumat veriblər. Polisə müraciət edən Binəqədi qəsəbəsinin sakini, 35 yaşlı V.M. bildirib ki, qonşuluqda yaşayan Murad adlı kişi avqustun 9-da 20.00-da öz evində V.M.-nin 10 yaşlı qızına qarşı seksual xarakterli hərəkətlər edib. Daha sonra kişi qızı zorlamaq istəyib, lakin sonuncu qışqıraraq onu qorxuda bilib və qaçıb.

Evə gələn qız hər şeyi anasına danışıb. Onun sözlərinə görə, qonşu qızı aldadaraq evinə çağırıb…

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu 4-cü polis bölməsinin əməkdaşları şübhəli qismində 1962-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Murad Ocaqovu saxlayıblar. O həbs olunub. İstintaq davam edir.
Sputnik.az

Digər xəbərlər
SON XƏBƏRLƏR