Elmar Qasımov Olimpiya çempionunu məğlub etdi

img

11-08-2016 [17:43]


Rioda keçirilən Yay Olimpiya Oyunları davam edir. C
üdo üzrə yarışlarda Azərbaycan yığmasının üzvü Elmar Qasımov ilk görüşünə çıxıb.

100 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Olimpiadaya 1/16 final mərhələsindən başlayıb. Təmsilçimizin ilk rəqibi Olimpiya çempionu Taqir Xaybullayev olub. Elmar Qasımov rəqibinə heç bir şans verməyib.

O, 1/8 finalda əlcəzairli Lyes Bouyakubla üz-üzə gələcək. Görüş saat 18:38-də başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR