Jurnalist təşkilatı bölgələrdə dini maarifçilik işi aparır

img

11-08-2016 [15:10]


Jurnalist Araşdırmaları Mərkəzi Cəbrayıl rayon İcra Hakimiyyətinin dəstəyi ilə Biləsuvar rayonundakı Cəbrayıl qəsəbələrində "Gənclər arasında dini maarifçilik işinin aparılmasında medianın rolu” adlı konfrans keçirib. Tədbirdə yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, KİV təmsilçiləri və gənclər iştirak ediblər.

Cəbrayıl rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin aparıcısı Mayil Əliyev vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib. M.Əliyev qeyd edib ki, analoji tədbirlər ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına xidmət edir.

"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə əvvəlcə Azərbaycan mətbuatının keçdiyi yola nəzər salıb. Tanınmış jurnalist bildirib ki, Azərbaycan mediası həmişə milli-mənəvi dəyərləri, tərəqqipərvər ideyaları təbliğ edib: "Bu ənənə indi də davam edir. Azərbaycan mətbuatı nəinki dini və irqi ayrıseçkiliyi təbliğ etmir, əksinə, həmişə bu cür mənfi hallara qarşı efefktiv mübarizə aparır”.

"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov Azərbaycan xalqının həmişə zorakılığa qarşı olduğunu bildirib. İctimai Birlik sədri deyib ki, xalqımız humanist ideyaların carçısı olduğu üçün bizim ölkəmizdə heç vaxt dini və etnik zəmində qarşıdurma olmayıb. Ç.Bayramov tədbirdə iştirak edən gəncləri radikal dini təriqətlərə qarşı effektiv mübarizə aparmağa səsləyib.

Təcrübəli pedaqoq Hidayət Səfərli gənc nəslin tərbiyəsində cəmiyyətin üzərinə düşən vəzifələrdən danışıb. H.Səfərli təlim-tərbiyə prosesinin məktəblə məhdudlaşdırılmasının doğru olmadığını bildirib. Onun sözlərinə görə, mətbuat və vətəndaş cəmiyyəti institutları da bu prosesdə fəal iştirak etməli, yeniyetmə və gənclərimizin ziyanlı ideyaların təsiri altına düşməsinə qarşı birgə mübarizə aparmalıdırlar.



Digər xəbərlər
SON XƏBƏRLƏR