Şriftin ölçüsü / 1915 dəfə oxunub

Şə­hid pa­yı­na göz di­kən­lər...

07 Avqust 2016 [01:15]

Tor­pa­ğın üz so­yuq­dur, de­yir­lər. Am­ma de­yə­sən, ya­şa­dı­ğımz məm­lə­kə­tin tor­pa­ğı da­ha so­yuq­dur. Od­lar di­ya­rı ol­ma­ğı­mı­za bax­ma­yın, ən so­yuq tor­paq da, ən so­yuq cə­miy­yət də, ən so­yuq döv­lət də bi­zim­ki­dir.

Bəl­kə də tor­pa­ğı, da­ğı, da­şı qı­na­maq yer­siz­dir. Mən, sən, biz, on­lar... Ha­mı­mız so­yu­quq, eti­na­sı­zıq, unut­qa­nıq. Bir ne­çə ay ön­cə - ap­re­lin 2-­dən baş­la­ya­raq cəb­hə­də üç gün dö­yüş get­di. Xey­li say­da şə­hi­di­miz, qa­zi­miz ol­du. Üç gün­lük dö­yüş­dən or­du­muz, əs­gə­ri­miz üzü­ağ çıx­dı. Cə­miy­yət ola­raq da, yum­ruq ki­mi bir­lə­şə bil­dik. Mü­ba­riz ru­hun öl­mə­di­yi təs­diq­lən­di. Bə­zi­lə­ri dö­yü­şə ha­zır ol­du­ğu­nu bə­yan elə­di, bə­zi­lə­ri, çi­yin­lə­rin­də bay­raq gəz­dir­mə­yə baş­la­dı, kim­lər­sə ma­şı­nı­na bay­raq as­dı. Yə­ni, hə­rə ağ­lı kə­sən for­ma­da və­tən­pər­vər­li­yi­ni nü­ma­yiş et­dir­di.

Am­ma ap­rel ayı­nın bit­mə­si ilə, nü­ma­yiş­lər də bit­di. Fi­kir ve­rir­si­niz­sə, da­ha dö­yüş­dən, cəb­hə­dən, ölü­mə get­mək­dən dəm vu­ran­lar gö­zə dəy­mir. Çi­yin­lər­də, ma­şın­lar­da, ey­van­lar­da da bay­ra­ğa na­dir hal­lar­da rast gəl­mək olur. Ni­yə də ol­sun, axı nü­ma­yiş bi­tib? Və­tən­pər­vər­lik imi­ta­si­ya­sı ki­mə la­zım­dır? "Şə­hid­lər öl­məz, və­tən bö­lün­məz" - de­yən­lər də gö­zə dəy­mir. De­mi­rəm ki, ha­mı ye­nə kü­çə­lə­rə tö­kül­sün, bay­raq­lar çi­yin­lər­də, şü­ar­lar səs­lən­sin. Hər şe­yin za­ma­nı var. Za­ma­nın­da elə­di­lər, sağ ol­sun­lar, var ol­sun­lar! Am­ma bu­nu nü­ma­yiş xət­ri­nə edə­cək­di­lər­sə, la­zım de­yil­di.

İn­di ke­çək, bi­zim na­şı hö­ku­mə­ti­mi­zə. Ap­rel ha­di­sə­lə­ri ərə­fə­sin­də bi­zim na­zir­lər, de­pu­tat­lar, ta­nın­mış şəxs­lər, mü­ğən­ni­lər­dən tut­muş iş adam­la­rı­na qə­dər hər kəs yol­lar­da qal­mış­dı. Şə­hid dəf­nin­də, hüzr mə­rə­sim­lə­rin­də iş­ti­rak elə­mək üçün sı­ra­ya dü­zü­lən­lə­ri yə­qin ki, xa­tır­la­yır­sı­nız. Hos­pi­tal­lar­da­kı qa­zi­lə­ri­miz­lə sel­fi çək­di­rən mə­mur və de­pu­tat­la­rın da özün­dən­ra­zı çöh­rə­lə­ri hə­lə də gö­zü­mün önün­də­dir. Ha­nı o mə­mur­lar, o de­pu­tat­lar, o mü­ğən­ni­lər, o biz­nes­men­lər? De­yə­sən, qey­bə çə­ki­lib­lər. San­ki ha­mı­sı anş­laq­la ke­çən ta­ma­şa­da rol­la­rı­nı ifa edə­rək is­ti­ra­hə­tə çı­xıb­lar.

Əs­lin­də, şərh ver­mə­yə eh­ti­yac yox­dur. Gö­rü­nən da­ğa nə bə­ləd­çi. Sı­ra­vi və­tən­da­şın­dan tut­muş, de­pu­ta­tı­na, na­zi­ri­nə qə­dər hər kəs ona ve­ri­lən və­tən­pər­vər azər­bay­can­lı ro­lu­nu mə­ha­rət­lə oy­na­dı.

Ar­tıq ta­ma­şa bi­tib. Re­al hə­yat baş­la­yıb. Re­al hə­ya­tın acı üzü­nü isə dü­nən bir da­ha gör­düm. Ap­re­lin 2-­dən 5-­dək qo­şun­la­rın tə­mas xət­tin­də ge­dən dö­yüş­lər­də qəh­rə­man­ca­sı­na şə­hid olan hərb­çi­miz, pol­kov­nik-­ley­te­nant Ra­quf Oru­co­vun ai­lə­si diq­qət­siz­lik­dən və eti­nat­sız­lıq­dan şi­ka­yət­lə­nib. Şə­hid pol­kov­ni­kin hə­yat yol­da­şı Se­vinc xa­nı­mın söz­lə­ri­nə gö­rə, Ra­quf Oru­cov şə­hid ol­duq­dan son­ra uşaq­la­rı üçün ve­ril­mə­li olan ay­lıq mü­a­vi­nə­ti hə­lə də ala bil­mir. Onun açıq­la­ma­sı­nı oxu­duq­ca be­lə bir məm­lə­kət­də ya­şa­dı­ğı­ma, bu cə­miy­yə­tin fər­di ol­ma­ğı­ma, be­lə bir hö­ku­mə­tə gö­rə ye­rə gir­dim. O cür qəh­rə­ma­nın bu mil­lə­tə, bu döv­lə­tə əma­nət qo­yub get­di­yi qa­dın gö­rün nə­lər da­nı­şır: "Bü­tün olan­la­rı, haq­sız­lıq­la­rı keç­dim. An­caq, bu­nun iki az­yaş­lı öv­la­dı var. Bu öv­lad­la­ra ve­ril­mə­li olan pul ni­yə in­di­yə ki­mi ve­ril­mir? Mə­ni 4 ay­dır qa­pı­lar­da sü­rün­dü­rür­lər. Hal­bu­ki, bu­nu mən et­mə­li de­yi­ləm. Ai­diy­ya­tı qu­rum­lar öz­lə­ri bu işi həll et­mə­li­dir. Bir ne­çə gün bun­dan qa­baq So­si­al Mü­da­fi­ə Na­zir­li­yin­də (Ə­ƏSMN nə­zər­də tu­tur-Z­.Ə) ol­dum. Ora­da mə­lum ol­du ki, Mü­da­fi­ə Na­zir­li­yi la­zım olan sə­nəd­lə­ri on­la­ra tam tər­kib­də gön­dər­mə­yib. Ölüm haq­qın­da şə­ha­dət­na­mə və di­gər sə­nəd­lə­ri Mü­da­fi Na­zir­li­yi on­la­ra təq­dim et­mə­yib­sə, uşaq­la­ra ne­cə pen­si­ya kə­sə bi­lər­lər? Bir da­ha de­yi­rəm ki, bu hə­rə­kət mə­nim yol­da­şı­mın adı­na ya­raş­mır. Ayıb­dır be­lə söh­bət­lə gün­də­mə gəl­mək. An­caq nə edim? Özüm ali təh­sil­li hü­quq­şü­na­sam. Ha­zır­da iş­si­zəm. Mə­nim uşaq­la­rı­mı kim bö­yüt­mə­li­dir? O boy­da za­bi­ti itir­mi­şik. Bu­dur­mu şə­hid ai­lə­si­nə qo­yu­lan hör­mət?".

Bu su­al­la­ra ca­vab ver­mə­li olan­la­ra de­mə­yə söz tap­mı­ram. Şə­hid əma­nə­ti­nə xə­ya­nət edən­lə­rə söz kar edə­si de­yil. Bu gün şə­hid xa­nı­mı öz haq­qı­nı tə­ləb edir. Am­ma onun haqq da­va­sı­na çıx­ma­sı bu mil­lət, bu döv­lət üçün ayıb­dır. Axı, şə­hid ai­lə­si ni­yə haqq da­va­sı elə­mə­li­dir? Mü­da­fi­ə na­zi­ri Za­kir Hə­sə­nov qa­ra ey­nə­yi­ni çı­xa­rıb ta­be­li­yin­də­ki ka­bi­net ge­ne­ral­la­rı­na ni­yə la­zı­mi tap­şı­rıq­lar ver­mir? Özü­nü işi­nin pe­şə­ka­rı sa­yan Əmək və əha­li­nin so­si­al mü­da­fi­ə­si na­zi­ri Sə­lim Müs­lü­mov gö­rə­sən, şə­hid xa­nı­mı­nın qa­pı­lar­da sü­rün­dü­rül­mə­si­nə ni­yə göz yu­mur? Şə­hid öv­lad­la­rı­nın haq­qı­na gi­rən o mə­mur­cuq­la­rın vic­dan­la­rı sız­la­mır­mı?

Hər­dən mən çox qə­ri­bə söz da­şı­ram e... On­lar­da vic­dan ol­say­dı, bu qə­dər rə­zil­lik or­ta­ya çıx­maz­dı. Ayıb­la­rı­na kor ol­ma­lı olan­lar hə­lə rəs­mi mə­lu­mat ya­yıb vay-­şü­vən­lik də edir­lər ki, biz üzə­ri­mi­zə dü­şə­ni et­mi­şik.

Mü­da­fi­ə Na­zir­li­yin­də otu­ran cə­nab­lar, Ra­quf Oru­cov il­lər­lə ön cəb­hə­də xid­mət edən­də siz pa­rad for­ma­sın­da is­ti ka­bi­ne­ti­niz­də xu­mar­la­nır­dı­nız. Heç ol­ma­sa, su­sun, özü­nü­zü da­ha da göz­dən sal­ma­yın...

Səs-­küy çı­xan ki­mi Sə­lim mü­əl­lim də o bi­ri tə­rəf­dən hə­rə­kə­tə ke­çib. Dörd ay­dır sü­rün­dür­mə­çi­lik­lə məş­ğul olan so­si­al yar­dım ye­yən mə­mur­cuq­lar şən­bə gü­nü mə­sə­lə­ni həll edib­lər. Si­zə heç ayıb da ol­ma­sın, ayı­ba hey­fim gə­lir. 

Dü­nən de­di­lər ki, olim­pi­a­da­da çem­pi­on olan­la­ra 610 min ma­nat mü­ka­fat ve­ri­lə­cək. İlin gü­nün bu vax­tı bu nə bol­luq? Son­ra da de­yir­lər ki, qə­na­ət et­mək la­zım­dır. Ya­zıq ka­sıb, ye­tim-­ye­sir nə qə­dər qə­na­ət edə­cək? Əgər be­lə pul­lu çıx­mı­sı­nız­sa, şə­hid­lə­rin qan­pu­lu­nu ai­lə­lə­ri­nə ve­rin. 20 il­dən çox­dur ki, şə­hid ai­lə­lə­ri ic­ba­ri sı­ğor­ta pu­lu­nu ala bil­mir. Am­ma hö­ku­mə­tin baş bi­lən­lə­ri bü­tün şə­hid ai­lə­lə­ri­nin pu­lu­nu bir ilin ər­zin­də id­man­çı­la­ra pay­la­yır. So­nun­cu mükafatı ri­ya­zi he­ab­la­saq, hö­ku­mə­tin gö­zün­də 60 şə­hid bir id­man­çı da elə­mir. Bu da hö­ku­mə­tin şə­hi­də ver­di­yi qiy­mət!

Bir də­fə Tür­ki­yə­də ya­şa­yan uzaq qo­hu­mum­la söh­bət edir­dim. Şə­hid ai­lə­lə­ri­nə qay­ğı­dan söz dü­şən­də de­miş­di ki, Tür­ki­yə­də şə­hid ai­lə­si han­sı­sa ida­rə­dən şi­ka­yət et­sə, o ida­rə­nin mü­di­ri­ni aya­ğın­dan asar­lar. Tür­ki­yə­də şə­hid ai­lə­lə­ri­nin so­si­al tə­mi­nat­la­rı ilə bağ­lı bü­tün iş­lə­ri ai­diy­yat qu­rum­la­rın öz­lə­ri gö­rür­lər. Yə­ni, şə­hid ai­lə­si­nin qa­pı-­qa­pı dü­şüb sə­nəd yığ­ma­sı bi­a­bır­çı­lıq ki­mi qə­bul olu­nur. Am­ma gö­rün nə qə­dər rə­zil du­rum­da­yıq ki, qos-­qo­ca şə­hid pol­kov­nik-­ley­te­nant, xal­qı­nın qəh­rə­man oğ­lu­nun ai­lə­si­ni şi­ka­yət­lən­mə­yə va­dar edir­lər.

Bəl­kə də, şə­hid xa­nı­mı­nın gi­ley­lən­mə­si­nə pis ba­xan­lar da var. Əgər var­sa, on­la­rı da ca­vab­sız qoy­ma­ya­ca­ğam. Dərd­li­ni dərd­li an­lar. Şə­hid xa­nı­mı adı­nı da­şı­ma­ğın nə qə­dər ağır ol­du­ğu­nun şa­hi­di­yəm. Hə­rə öz ev­-e­şi­yi­nə çə­ki­lən­dən son­ra ai­lə­nin bü­tün qay­ğı­la­rı ar­xa-­da­ya­ğı­nı itir­miş xa­nı­mın zə­rif çi­yin­lə­ri­nə dü­şür. Şə­hid xa­nı­mı­nı qı­na­maq is­tə­yən­lər bu yü­kün nə qə­dər ağır ol­du­ğu­nu bi­lir­mi? Ara­nız­da kim­sə ki­şi­lə­rin da­şı­ma­lı ol­du­ğu ağır zəm­bil­lə­rin bir qa­dı­nın bar­maq­la­rı­na sal­dı­ğı izi gö­rüb­mü? Qı­şın şax­ta­sın­da, ya­yın is­ti­sin­də özü­nü oda-­kö­zə vur­maq­dan zə­rif qa­dın əl­lə­ri­nin qa­bar­lı, ko­bud ki­şi əl­lə­ri­nə ne­cə dön­dü­yü­nü gör­mü­sü­nüz­mü? Sə­hər­dən ax­şa­ma ki­mi çöl­də ki­şi, ge­cə­ya­rı­sı­na qə­dər ev­də qa­dın olan şə­hid xa­nım­la­rı­nın nə çək­di­yi­ni an­la­maq çox­la­rı­nın həd­di de­yil. Za­tən bu­nu an­la­yan cə­miy­yə­ti­miz ol­say­dı, in­di bu­nu mü­za­ki­rə et­məz­dik.

Öz mil­lə­tin, öz döv­lə­tin üçün bun­la­rı yaz­maq çox əzab­lı­dır. Am­ma nə ya­zıq ki, biz bu­yuq.



SON XƏBƏRLƏR