Şriftin ölçüsü / 683 dəfə oxunub

Haqqında ən çox mənfi xəbər yayılan şou-biznes nümayəndələri

06 Avqust 2016 [11:51]


Kamran Həsənli, Tarix Əliyev (Tolik), Rauf Əhmədov və Elşad Xose haqqında ən çox mənfi xəbər yayımlanan şou-biznes nümayəndələri olublar. Almaz Ələsgərli isə haqqında ən çox müsbət xəbərlər dərc olunan müğənni olub.

***

Media Təqib Mərkəzi 2016-cı ilin iyul ayı üzrə şou-biznes nümayəndələri ilə bağlı monitorinqin nəticələrini təqdim edir.

2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 10796 xəbər yerləşdirilib. Bunlardan 236 xəbər mənfi, 24 xəbər müsbət və 10536 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Kamran Həsənli (57 xəbər – bacısının istintaqa cəlb olunması), Tarix Əliyev (45 xəbər – icra başçısının Toliki təhqir etməsi, Dağıstanın üzünü görməyib fəxri ad alanlar başlıqlı xəbərlər), Rauf Əhmədov (34 xəbər – Ağdamın işğal günündə 18+ parti etməsi), Elşad Xose (34 xəbər – Ağdamın işğal günündə 18+ parti etməsi). Müsbət xəbərlər isə Almaz Ələsgərliyə (24 xəbər - "Mövsümün sevilən aktrisası” nominasiyası üzrə təltif olunması) məxsusdur.

Saytlarda xəbər sayına görə sıralama:

  1. İlhamə Quliyeva 653 xəbər
  2. Röya Ayxan 538 xəbər
  3. Flora Kərimova 399 xəbər
  4. Elza Seyidcahan 391 xəbər
  5. Zülfiyyə Xanbabayeva 382 xəbər
  6. Tarix Əliyev 330 xəbər
  7. Tünzalə Ağayeva 314 xəbər
  8. Aygün Kazımova 313 xəbər
  9. Brilliant Dadaşova 301 xəbər
  10. Natəvan Həbibi 291 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 382 xəbər dərc edilib. Bu xəbərlərdən 376-sı neytral, 2-si müsbət, 4-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Teymur Əmrah (2 xəbər – Flora Kərimovanın müğənni haqqında fikirləri) və Kamran Həsənliyə (2 xəbər - bacısının istintaqa cəlb olunması) məxsusdur. Müsbət xəbərlər isə Almaz Ələsgərliyə (2 xəbər - "Mövsümün sevilən aktrisası” nominasiyası üzrə təltif olunması) məxsusdur.

Qəzet və jurnallarda xəbər sayına görə sıralama:

  1. Tünzalə Ağayeva 32 xəbər
  2. Flora Kərimova 19 xəbər
  3. İlhamə Quliyeva 19 xəbər
  4. Zülfiyyə Xanbabayeva 13 xəbər
  5. Röya Ayxan 13 xəbər
  6. Elza Seyidcahan 11 xəbər
  7. Alim Qasımov 11 xəbər
  8. Faiq Ağayev 11 xəbər
  9. Gülyanaq Məmmmədova 11 xəbər
  10. Aygün Kazımova 10 xəbər

İyul ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 89 xəbər göstərilib.

Televiziya kanallarında xəbər sayına görə sıralama:

  1. Əlikram Bayramov 5 xəbər
  2. İlhamə Quliyeva 5 xəbər
  3. Elariz Məmmədoğlu 4 xəbər
  4. Rüfət Axundov 4 xəbər
  5. Kərim Abbasov 4 xəbər
  6. Rəhim Rəhimli 3 xəbər
  7. Ədalət Şükürov 3 xəbər
  8. Cavanşir Məmmədov 3 xəbər
  9. Gülay Qədirova 3 xəbər
  10. Nadir Qafarzadə 3 xəbər

Qeyd edək ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.



SON XƏBƏRLƏR