FIFA-dan 2 futbolçumuzla bağlı - Mühüm qərar

img

05-08-2016 [14:53]


FIFA futbolçularımızla bağlı müsbət qərar verib.

AzNews.az xəbər verir ki, ali qurumun Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının "Trabzonspor"un futbolçusu Ramil Şeydayevlə bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib. Bu haqda AFFA məlumat yayıb.

Qərarda bildirilib ki, AFFA və futbolçu Ramil Şeydayevin asossiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun və futbolçu Ramil Şeydayevə bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilsin.

FİFA bu barədə UEFA və Rusiya Futbol İttifaqını da məlumatlandırıb.
Qeyd edək ki, FİFA hazırda Portuqaliyanın "Boavişta” klubunun futbolçusu olan digər azərbaycanlı - Emin Mahmudovla bağlı da qərar verib. Qərarda bildirilir ki, AFFA və futbolçu Emin Mahmudovun asossiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun.

Digər xəbərlər
SON XƏBƏRLƏR