Gömrük postunda əməliyyat - Bağırsağında narkotik gətirmək istədi

img

05-08-2016 [14:07]


Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə”gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Mia.az-a verilən məlumata görə, yoxlama nəticəsində, saxlanılan şəxsin daxili orqanından (düz bağırsağından) 5 ədəd bükümdə, xalis çəkisi 167,512 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Vətəndaş izahatında bildirib ki, onun üzərində aşkar edilən narkotik vasitəni İranın Biləsuvar şəhərində Azərbaycandan olan digər şəxslə birlikdə əldə edib. Verilən əlamətlərə uyğun gələn həmin Azərbaycan vətəndaşı da İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələrkən "Qoşa Təpə” gömrük postunda saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR