Nazirlikdən Milli Məclisə təklif - Dopinqlə bağlı

img

25-07-2016 [17:31]



Gənclər və İdman Nazirliyi Antidopinq qanunvericiliyində bəzi dəyişikliklərin edilməsi barədə Milli Məclisə təkliflər göndərib. 

Mia.az xəbər verir ki, təklifdə Azərbaycan Respublikası Cinayət Məcəlləsi üzrə bir sıra cəzalar nəzərdə tutulub. Antidopinq qanunvericiliyində bəzi dəyişikliklərin edilməsi barədə Gənclər və İdman Nazirliyinin təklifləri belədir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi üzrə : 1. Maddə 143-1. Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə təhrik etmə Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə - 1000 manatdan 5 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır 2. 143-1.-ci maddəyə aşağıdakı məzmunda maddənin əlavə edilməsi təklif olunur : 143-1.1. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə -bir ildən üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır 3. Cinayət Məcəlləsinə aşağıdakı məzmunda yeni maddənin əlavə edilməsi təklif olunur: "Dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılması, əldə edilməsi və satılması” Dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılmasına, əldə edilməsinə və ya satılmasına görə - İki ilədək islah işləri və ya iki ilədək azadlıqdan məhrum eymə ilə cəzalandırılır Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi üzrə : 4. 225-ci maddənin (Dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılması, satılması, həmçinin dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metodları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılması) 1-ci hissəsi çıxarılsın. 5. Maddə 225.2. Dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metodları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılmasına görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. 6. Maddə 226. Dopinq nəzarəti qaydalarının pozulması Bədən tərbiyəsi-idman təşkilatları, idmançılar, məşqçilər, həkimlər və digər mütəxəssislər tərəfindən dopinq nəzarəti qaydalarının pozulmasına görə - 3 min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR