“Gənclər dini zorakılığa qarşı” layihəsinə start verildi

img

25-07-2016 [15:36]


23.07.2016-cı il tarixdə Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanındaGənclər Fondunun maliyyə dəstəyi ilə "Demokratik Gənclər” ictimai birliyi tərəfindən "Gənclər dini zorakılığa qarşı” layihəsinin başlanması barədə təqdimat keçirilib.

Təqdimat şəhərin və region üzrə gəncələr təşkilatlarının nümayəndələri, aktiv gənclər və Kütləvi informaisya vasitələrinin nümayəndələri iştirak etmişdir. Tədbir zamanı layihənin rəhbəri Ramil Süleymanov layihənin məqsədi və layihənin icra planı barədə geniş məlumat vermişdir. Beləki, layihənin əsas məqsədi region gəncləri arasında tolerantlıq, dini dözümlülük, radikallıq mənfi fəasadları barədə məlumatlandırmaqdır. Layihə çərçivəsində Sumqayıt, Qusar, Zaqatala və Balakən rayonlarında tədbirlər həyata keçiriləcəkdir.

Layihə çərçivəsində informasiya bülletenləri, bukletlər nəşr olunacaq. Gənclərin real, praktik bilik və bacarıqlarını artırmaq məqsədi ilə treyninqlər təşkil olunacaq. Treyninq müddətində bilik və bacarıqlarını artırmaq məqsədi ilə Bakı və digər böyük şəhərlərin aktiv gənclər təşkilatları ilə təcrübə mübadiləsi təşkil olunacaqdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR